Şriftin ölçüsü :

Saytın rəngi :

Milli Məclisin deputatı Anar Məmmədov şəhid Azər Qasımovun ailəsini ziyarət edib

24 fevral 2026 | 14:23

Azərbaycan Respublikasının dövlət suverenliyinin və ərazi bütövlüyünün bərpası uğrunda şəhid olmuş şəxslərin ailələrinin və qazilərin sosial qayğılarının öyrənilməsi və həlli istiqamətində tədbirlərin davam etdirilməsi məqsədilə Milli Məclisin deputatı Anar Məmmədov Tərtər Rayon İcra Hakimiyyəti başçısının Ərazi-təşkilat məsələləri sektoru müdiri Əliyev Fizuli, Müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektoru müdiri Nəcəfov Ülvi ,YAP Tərtər Rayon Təşkilatının sədri Eldar Əsədov və Qafqaz Müsəlmanlar İdarəsinin səlahiyyətli nümayəndəsi, Tərtər Cümə Məscidinin imamı Sadiq Cəfərovla  birlikdə Tərtər rayonunun Yenikənd kəndində şəhid Qasımov Azər Yaqub  oğlunun ailəsini ziyarət edib, ailənin qayğıları ilə maraqlanıblar.

Ziyarət zamanı millət vəkili ailənin qayğıları ilə maraqlanıb, şəhidin keçdiyi şərəfli döyüş yolundan bəhs edib. Anar Məmmədov vurğulayıb ki, Azərbaycan xalqının qürur mənbəyi olan şəhidlərimizin xatirəsi hər zaman uca tutulur və onların ailələrinə diqqət göstərmək hər bir vətəndaşın mənəvi borcudur.

Qeyd edək ki, Azər Qasımov Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı  uğrunda gedən döyüşlərdə savaşıb, oktyabrın 29-da Ağdərə istiqamətində şəhid olub. Tərtər rayonunun Yenikənd kəndində dəfn olunub. 

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən Azər Qasımov ölümündən sonra “Vətən uğrunda” və  “Cəsur döyüşçü” medalları ilə təltif edilib.

Şəhidin valideynləri Şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısı cənab İlham Əliyev və birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlqılarını bildiriblər.

Keçidlər