Milli Məclisin deputatı Ağalar Vəliyev Qurban bayramı münasibətilə ağsaqqalları təbrik edib onlara bayram sovqatları göndərib
Milli Məclisin deputatı, Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Ağalar Vəliyev ağsaqqalları birlik, bərabərlik və qardaşlıq rəmzi olan müqəddəs Qurban bayramı münasibətilə təbrik edib, onlara bayram sovqatları göndərib.
Təbrikdə deyilir ki, Ulu Öndərimiz Heydər Əliyevin əsasını qoyduğu və möhtərəm Prezidentimiz cənab İlham Əliyevin uğurla davam etdirdiyi dövlət siyasətinin sayəsində vicdan və etiqad azadlığının, dövlət-din münasibətlərinin mütərəqqi tarixi ənənələrə uyğun təmin edilməsi, milli dəyərlərimizin təbliği və təşviqi cəmiyyətimizin əsas prioritetlərindəndir.
Millət vəkili tərəfindən Qurban bayramı münasibətilə Tərtər rayonunda 30 yaşayış məntəqəsindən 50 ağsaqqala təbrik açıqcaları ilə birgə bütün zəruri ərzaq məhsullarından ibarət bayram sovqatları və qurbanlıq ət payları çatdırılıb.
Ağsaqqallar onlara göstərilən diqqət və qayğıya görə möhtərəm Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.