Milli Məclisin deputatı Ağalar Vəliyev Novruz bayramı münasibətilə ağsaqqalları təbrik edib onlara bayram sovqatları göndərib
Milli Məclisin deputatı, Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Ağalar Vəliyev ağsaqqalları Novruz Bayramı münasibətilə təbrik edib, onlara bayram sovqatları göndərib.
Rayon rəhbəri ağsaqqallarla görüşərək onların diqqət və qayğılarilə maraqlanıb və onları Novruz bayramı münasibətilə təbrik edib.
Daha sonra Milli Məclisin deputatı Ağalar Vəliyevin təbriki rayon Ağsaqqallarına çatdırılıb.Təbrikdə deyilir ki, Novruz Bayramı Azərbaycan xalqının qədim və zəngin dünyagörüşünün, gələcəyə nikbin baxışının, bütövlükdə milli varlığımızın dolğun təcəssümü olub, mədəni sərvətlər xəzinəmizdə müstəsna yer tutur.
Layiqincə yaşatdığımız və UNESCO-nun Qeyri-Maddi Mədəni İrs siyahısına daxil edilən Novruz ənənələri çoxəsrlik keçmişinə daim ehtiramla yanaşan xalqımızın, eyni zamanda, bəşər mədəniyyətinə dəyərli töhfəsidir.
Artıq xalqımız bu bayramı möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən Müharibəsində əldə etdiyimiz böyük zəfərdən irəli gələn qalibiyyət ovqatı və işğaldan olunmuş torpaqlarımızda əzmlə aparılan bərpa, yenidənqurma və quruculuq işlərindən doğan qürur hissi ilə qeyd edir.
Bu bayram günlərində Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən qəhrəman şəhidlərimizin əziz xatirəsi dərin ehtiramla yad olunur, onların ölməz ruhlarına dualar oxunur və igid qazilərimizə şəfalar dilənir.
Millət vəkili tərəfindən Novruz bayramı münasibətilə Tərtər rayonunda 50 ağsaqqala təbrik açıqcaları ilə birgə bütün zəruri ərzaq məhsullarından ibarət bayram sovqatları çatdırılıb.
Ağsaqqallar onlara göstərilən diqqət və qayğıya görə möhtərəm Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.






