Şriftin ölçüsü :

Saytın rəngi :

Mamırlı və Poladlı kənd sakinlərinin qəbulda qaldırdığı problem öz müsbət həllini tapıb

29 mart 2025 | 15:24

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyyələrinə uyğun olaraq mütəmadi surətdə Tərtər Rayon İcra Hakimyyəti başçısı tərəfindən həm rayon icra hakimiyyətində, həm də yerlərdə vətəndaş qəbulları keçirilir. Keçirilən qəbullarda vətəndaşları narahat edən məsələlər yerində öyrənilir və onların rastlaşdıqları problemləri həll olunaraq, vətəndaş məmnunluğu təmin olunur.

Tərtər Rayon İcra Hakimiyyəti başçısının Mamırlı və Poladlı kəndlərində keçirilən səyyar qəbul görüşləri zamanı kənd sakinləri Mamırlı və Poladlı kəndlərini birləşdirən avtomobil yolunun bəzi hissələrinin dağıldığını və avtomobillərin hərəkətinə çətinlik yaratdığını bildirərək yolun dağılmış hissələrinin təmir olunmasını xahiş ediblər.

Müraciət əsasında rayon icra hakimiyyəti başçısının göstərişi ilə rayon icra hakimiyyəti və Mamırlı bələdiyyəsi tərəfindən yolun dağılmış hissəsinə qum-çınqıl tökülərək xüsusi texnikalar vasitəsi ilə hamarlanmışdır.

Kənd sakinləri müraciətlərinin tez bir zamanda həll olunduğuna görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

Keçidlər