Şriftin ölçüsü :

Saytın rəngi :

Lokal xarakterli antiterror tədbirləri zamanı şəhid olmuş Ruslan Lalayevin 40 mərasimi keçirilib

31 oktyabr 2023 | 14:23

Tərtər rayonunda Azərbaycan Silahlı Qüvvələri tərəfindən Qarabağ iqtisadi rayonunda keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı şəhid olmuş ordumuzun hərbi qulluqçusu 1994-cü il təvəllüdlü, rayonun Səhlabad kənd sakini Lalayev Ruslan Akif oğlunun 40 mərasimi keçirilib.

Mərasimdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP rayon təşkilatının və rayon Ağsaqqallar şurasının sədrləri, şəhidin ailə üzvləri, şəhid ailələri, qazilər, kənd sakinləri iştirak ediblər.

Əvvəlcə şəhidin doğmaları ilə şəhidin  məzarı ziyarət edilib, onünə gül dəstələri düzülüb.

Qafqaz Müsəlmanları idarəsinin səlahiyyətli nümayəndəsi Sadiq Cəfərov şəhidlərin ruhuna dua oxuyub.

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Vətən naminə canını fəda edən, torpaqlarımızın ərazi bütövlüyü yolunda öz qanı ilə adlarını şəhidlik zirvəsinə yazan igid oğullarımıza Allahdan rəhmət, ailələrinə səbr diləyib.

O, bildirib ki, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə mənfur düşmənə ağır zərbə vuran, düşmənə layiqli dərs verən, adlarını qəhrəmanlıq salnaməsinə yazmaqla Vətənin bölünməzliyinə imza atan şəhidlərimizin adını uca tutmaq, əbədiləşdirmək, onların doğmalarına, ailə üzvlərinə təskinlik verərək diqqət və qayğı göstərmək hər birimizin vətəndaşlıq borcumuz, ən ümdə vəzifəmizdir. Hər birinin həyatı  bir qəhrəmanlıq dastanı olan şəhidlərimizlə qürur duyur, onların ruhunu ehtiramla yad edirik.

Rayon rəhbəri Azərbaycan Respublikası  Prezidenti, möhtərəm Ali Baş komandan İlham Əliyevin 20 illik hakimiyyəti dövründə apardığı məqsədyönlü daxili və xarici siyasətindən, respublikamızın inkişafından, düşmən üzərində qazanılan şanlı qələbədən, ölkə rəhbərinin antiterror əməliyyatlarından sonra işğaldan azad olunmuş ərazilərdə-Xankəndində, Ağdərədə, Xocalıda, Xocavənddə Azərbaycan Bayrağını dalğalandırmasından, Ali Baş komandanla bütün xalqımızın qürur duymasından da danışıb, qalib ölkənin qalib vətəndaşı olmağın gözəl hiss olduğunu vurğulayıb.

Mərasimdə şəhidin doğmaları, dostları, onu tanıyanlar Ruslanla bağlı xatirələrini bölüşüb, onun kimi oğulların  sayəsində qələbə qazanıldığını vurğulayıblar.

Şəhidin ailə üzvləri şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

Keçidlər