“Konstitutsiya və Suverenlik İli -2025” : 18 oktyabr Azərbaycan Respublikasının Müstəqilliyinin bərpası günüdür
Tərtər Rayon İcra Hakimiyyəti, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Qarabağ və Şərqi Zəngəzur Region Bölməsi və Bölgə Təcrübə Stansiyasının birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində 18 Oktyabr-Müstəqilliyin Bərpası Günü münasibətilə tədbir keçirilib.
Öncə tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Sonra Tərtər Rayon İcra Hakimiyyəti başçısı aparatında İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdirinin müavini- dini qurumlarla işin təşkilatçısı Zabil Paşayev çıxış edərək bildirib ki, “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktına əsasən Azərbaycan xalqı 1991-ci il oktyabrın 18-də öz müstəqilliyini bərpa etmiş və müasir Azərbaycan Xalq Cümhuriyyətinin tamhüquqlu varisi elan edimişdir.
Xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə gələn Ümummilli Lider Heydər Əliyevin müdrik siyasəti nəticəsində müstəqil dövlətimizin təməli qorunub, saxlanıldı, vətəndaş müharibəsinin qarşısı alındı.
Sonra Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Qarabağ və Şərqi Zəngəzur Region Bölməsinin aparıcı –məsləhərçısi İsmət Rəhimov, Bölgə Təcrübə Stansiyasının aqronomları Mayıl Məhərrəmov və Zəminə Qasımova çıxış ediblər.Qeyd olunub ki,Ulu Öndərin siyasi kursunun ən layiqli davamçısı cənab İlham Əliyevin rəhbərliyi ilə Müstəqil Azərbaycan Ordusu tarixi ədaləti bərpa edərək, öz torpaqlarını işğaldan azad edib.İndi Azərbaycan bayrağı işğaldan azad edilmiş bütün ərazilərimizdə dalğalanır.Və bu gün Müstəqilliyin Bərpası Gününü böyük qürur hissi ilə qeyd edirik.İnanırıq ki, müstəqilliyimiz əbədidir.






