Şriftin ölçüsü :

Saytın rəngi :

“Konstitusiya və Suverenlik İli—2025”: Tərtərdə 15 may - Beynəlxalq Ailə Gününə həsr edilmiş maarifləndirmə tədbiri keçirilib

13 may 2025 | 14:38

“Konstitusiya və Suverenlik İli” çərçivəsində rayon icra hakimiyyətinin, YAP rayon təşkilatının və Tərtər Peşə məktəbinin birgə təşkilatçılığı ilə 15 may - Beynəlxalq Ailə Gününə həsr edilmiş maarifləndirmə tədbiri keçirilib.

Tədbirdə rayon icra hakimiyyətinin əməkdaşları Svetlana Əzizova, Rəvan Həsənov, Muradlı Murad, rayon Ağsaqqallar şurasının sədri Faiq Məmmədov, YAP rayon təşkilatının əməkdaşı Əli Paşayev, “Yeni Tərtər” qəzetinin redakroru Svetlana Bağırova, rayon Mərkəzi xəstəxanasının psixoloqu Hətəm Nuruyev, məktəbin müəllimləri, valideynlər və tələbələr iştirak ediblər.

Tədbiri giriş sözü ilə rayon icra hakimiyyəti başçısı aparatında İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Svetlana Əzizova açaraq, “Konstitusiya və Suverenlik İli” çərçivəsində 15 may “Beynəlxalq Ailə Günü” ərəfəsində  milli-mənəvi dəyərlərə əsaslanan ailə institutunun möhkəmləndirilməsi və nüfuzunun artırılması, cəmiyyətin diqqətinin ailə məsələlərində narahatlıq doğuran amillərə yönəldilməsi  ilə bağlı fikirlərini bildirib. Qeyd edib ki, milli –mənəvi, ailə dəyərlərinin qorunub saxlanılması və gənc nəslə ötürülməsi, yeniyetmə və gənclərin vətənə və xalqına sevgi, böyüklərə hörmət hissi ilə tərbiyə olunması ailə dəyərlərinin  tərkib hissəsidir. Bu xüsusiyyətlər  yeniyetmə və gənclərdə cəmiyyətin gələcəyi, mükəmməl üzvü kimi bərqərar olması, gənclərin ailə qurmağa hazırlıq səviyyəsinin artırılması, onların gələcəkdə nümunəvi ailə sahibi olması və ailə məsuliyyətini formalaşdırır. Çıxışçı  öz fikirlərini respublika prezidenti cənab İlham Əliyevin bu fikirləri ilə yekunlaşdırıb: "Xalqımızın yaşaması üçün, öz mənliyini, qürurunu qoruması üçün ailə dəyərləri, milli dəyərlər əvəzolunmaz rol oynamışdır".

Sonra  rayon Ağsaqqallar Şurasının sədri Faiq Məmmədov  ailədə dözülməz mühitin- mənəvi, maddi, fiziki təzyiq hallarının qarşısının alınması, qarşılıqlı hörmət əsasında birgə yaşamaq mühitinin formalaşdırılması, YAP rayon təşkilatının əməkdaşı Əli Paşayev ailə dəyərlərinin qorunub saxlanması, ”Yeni Tərtər” qəzetinin redaktoru Svetlana Bağırova  sağlam ətraf mühit və sağlam həyat tərzi, rayon Mərkəzi Xəstəxanasının psixoloqu Hətəm Nuriyev ailə münaqişələrinin uşaqlarda yaratdığı psixoloji fəsadlar, rayon icra hakimiyyəti başçısı aparatında Yenkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Rəvan Həsənov gənclərin erkən evlilik və qohum hesab edilən şəxslər arasında evliliklərin mənfi nəticələri barədə tədbir iştirakçılarını məlumatlandırıblar.

Maarifləndirmə tədbirində Tərtər Peşə məktəbinin psixoloqu Esmira Qəhrəmanova, müəllimlərdən Tacirə İlyasova  da öz fikirlərini bildiriblər.

Keçidlər