Şriftin ölçüsü :

Saytın rəngi :

Konstitusiya və Suverenlik İli çərçivəsində Tərtər Cümə Məscidində 27 sentyabr -Anım Gününə həsr edilmiş tədbir keçirilib

26 sentyabr 2025 | 12:16

Qafqaz Müsəlmanları İdarəsinin tədbirlər planına əsasən Tərtər Rayon  İcra Hakimiyyətinin və Tərtər Cümə Məscidinin birgə təşkilatçılığı ilə Tərtər Cümə Məscidində 27 sentyabr - Anım Gününə həsr edilmiş tədbir keçirilib.

Tədbirdə rayon icra hakimiyyəti başçısı aparatında İctimai – siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini, dini qurumlarla işin təşkilatçısı Zabil Paşayev, Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli  nümayəndəsi - Tərtər  Cümə Məscidinin imamı Sadiq Cəfərov, rayonun din xadimləri, dini icmanın üzvləri iştirak ediblər.

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib. Sonra onların ruhuna dualar oxunub.

Tərtər rayon İcra Hakimiyyəti başçısı aparatında İctimai - siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini, dini qurumlarla işin təşkilatçısı Zabil Paşayev  çıxış edərək, şəhidlərimizə Ulu Tanrıdan rəhmət diləyib. Qeyd edib ki, bu günlərdə xalqımız öz tarixinin ən möhtəşəm həyəcanını və qürurunu - Zəfər yolunun başlanğıcı sayılan 27 sentyabr - Anım Gününü qeyd edir. 44 gün davam edən savaş düşmənin tam təslim olması ilə Azərbaycan Ordusunun şanlı Zəfəri kimi tarixə yazıldı. Noyabrın 8-də Ermənistanın 30 illik işğalçılıq siyasətinə son nöqtə qoyuldu. Azərbaycan öz əzəli torpaqlarında ulu öndər Heydər Əliyevin “Dövlətçiliyimizin və müstəqilliyimizin rəmzi” adlandırdığı üçrəngli bayrağını ucaltdı. Biz fəxr edirik ki, bu Qələbənin müəllifi və sərkərdəsi Azərbaycan xalqının böyük oğlu, adı tarixin qızıl səhifəsinə yazılan Müzəffər Ali Baş Komandan İlham Əliyevdir.

Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi - Tərtər  Cümə Məscidinin imamı Sadiq Cəfərov çıxış edərək, Qafqaz Müsəlmanları İdarəsinin Seyxüislamı Allahşükür Paşazadənin 27 sentyabr - Anım Günü ilə bağlı tapşırıq və tövsiyyələrini çatdırdı. Qeyd olundu ki, din xadimləri Anım günlərində şəhid ailələrinin yanında olmalı, onlarla birlikdə  şəhidlərin xatirəsinə ucaldılmış abidələri, məzarları ziyarət etməli, ruhlarına dualar oxumalıdırlar.

Bildirilib ki, şəhidlik məqamının ucalığını yaxşı dərk edən Azərbaycan dövləti şəhidlərə hər zaman böyük dəyər verir. Prezident İlham Əliyevin şəhidlərə yüksək fəxri adlar verməsi, həmçinin Prezidentimizin silahdaşı, siyasi və ictimai xadim, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid və qazi ailələrinə, yaralı hərbçilərə maddi-mənəvi dəstəyi, sosial yardım proqramlarına rəhbərliyi vətəndaşlarımız tərəfindən yüksək qiymətləndirilir, dindarlarımızın xeyir-duaları ilə qarşılanır. Dövlətimizin başçısının təməlini qoyduğu möhtəşəm Vətən müharibəsi Memorial kompleksi və Zəfər muzeyi qəhrəman şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsinə layiqli töhfə və dəyərli abidədir.

Məscidin imam müavini Saleh Ədilov da çıxış edərək şəhidlərə Ulu Tanrıdan rəhmət diləyib, Anım günü ilə bağlı din xadimlərinə öz fikirlərini çatdırıb.

Keçidlər