Şriftin ölçüsü :

Saytın rəngi :

“Konstitusiya və Suverenlik İli” çərçivəsində 8 noyabr Zəfər gününün 5-ci ildönümü münasibəti ilə Hadrut döyüşləri ilə bağlı film nümayiş etdirilib

04 noyabr 2025 | 15:00

“Konstitusiya və Suverenlik İli” çərçivəsində Tərtər Rayon İcra Hakimiyyətinin Tədbirlər Planına uyğun olaraq rayon icra hakimiyyətinin və Qarabağ Regional Mədəniyyət İdarəsinin Tərtər nümayəndəliyinin birgə təşkilatçılığı ilə rayon Mədəniyyət Mərkəzində  44 günlük Vətən Müharibəsində qazanılan şanlı Zəfər  Gününə həsr edilmiş “Hadrut, sən azadsan!” film nümayiş olunub.

Təbdirdə rayon icra hakimiyyətinin, rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların rəhbər şəxsləri və kolletivləri iştirak ediblər.

Filmdən öncə tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın suverenliyi uğrunda canlarını qurban vermiş  şəhidlərin ruhunu bir dəqiqəlik sükutla yad ediblər.

Sonra Tərtər RİHB aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Zabil Paşayev çıxış edərək, 44 günlük Vətən müharibəsində qazanılan Zəfərin 5, müstəqil Azərbaycan konstitutsiyasının 30 illik yubileyi münasibəti ilə respublika prezidentinin müvafiq sərəncamı ilə 2025-ci ilin “Konstitusiya və Suverenlik ili” elan edilməsi, il çərçivəsində silsilə tədbirlər keçirildiyini bildirib, Ali Baş Komandanın rəhbərliyi altında  qazanılan  zəfərdən, suverenliyimiz uğrunda canından keçən şəhidlərdən, qazilərin şücaətindən, erməni vandallarının mülkü insanlara qarşı törətdikləri vəhşilikdən, qətllərdən ətraflı danışib. Xalq-Ordu və iqtidar birliyi ilə düşmən üzərində şanlı Zəfər qazanıldığını qeyd edib.

Sonra tədbir iştirakçıları  birlikdə Zəfər Gününə həsr edilmiş “Hadrut, sən azadsan!” filminə baxıblar.

Keçidlər