“Konstitusiya və Suverenlik İli” çərçivəsində 8 noyabr Zəfər gününün 5-ci ildönümü münasibəti ilə film nümayiş etdirilib
“Konstitusiya və Suverenlik İli” çərçivəsində Tərtər Rayon İcra Hakimiyyətinin Tədbirlər Planına uyğun olaraq rayon icra hakimiyyəti, YAP rayon təşkilatı, Qarabağ Regional Mədəniyyət İdarəsinin Tərtər nümayəndəliyinin təşkilatçılığı ilə rayon Mədəniyyət Mərkəzində 44 günlük müharibədə qazanılan şanlı Zəfər Gününə həsr edilmiş film nümayiş olunub.
Təbdirdə rayon icra hakimiyyətinin, YAP rayon təşkilatının, rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların rəhbər şəxsləri və kolletivləri iştirak ediblər.
Filmdən öncə tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin ruhunu bir dəqiqəlik sükutla yad ediblər.
Sonra Tərtər RİHB aparatının İctimai-siyasi və Humanitar məsələlər şöbəsinin müdir müavini Zabil Paşayev çıxış edərək, 44 günlük Vətən müharibəsində qazanılan Zəfərin 5, müstəqil Azərbaycan konstitutsiyasının 30 illik yubileyi münasibəti ilə respublika prezidentinin müvafiq sərəncamı ilə 2025-ci ilin “Konstitusiya və Suverenlik ili” elan edilməsi, il şərçivəsində silsilə tədbirlər keçirildiyini bildirib, Ali Baş Komandanın rəhbərliyi altında qazanılan zəfərdən, suverenliyimiz uğrunda canından keçən şəhidlərdən, qazilərin şücaətindən, erməni vandallarının mülkü insanlara qarşı törətdikləri vəhşilikdən, qətllərdən ətraflı danışib. Xalq-Ordu və iqtidar birliyi ilə düşmən üzərində şanlı Zəfər qazanıldığını qeyd edib, Şuşa fatehlərini bir daha tədbir iştirakçılarına xatırladıb.
Sonra tədbir iştirakçıları birlikdə Zəfər Gününə həsr edilmiş “Əziz Şuşa,sən azadsan!” filminə baxıblar.






