Şriftin ölçüsü :

Saytın rəngi :

“Konstitusiya və Suverenlik İli-2025“:Tərtərdə Zəfər Gününə həsr edilmiş şahmat turniri keçirilib

06 noyabr 2025 | 17:12

Tərtər Rayon İcra Hakimiyyətinin, YAP rayon təşkilatının, rayon təhsil sektorunun birgə təşkilatçılığı ilə rayonun ümumtəhsil məktəblərinin şagirdləri arasında Uşaq Gənclər Şahmat İdman Məktəbində 8 noyabr “Zəfər Günü”nə həsr olunmuş şahmat üzrə rayon turniri keçirilib.

Tədbiri giriş sözü ilə Uşaq-Gənclər Şahmat İdman Məktəbinin direktoru Fərəc Rzayev açıb. Əvvəlcə torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.

Sonra rayon icra hakimiyyəti başçısı aparatında İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Zabil Paşayev və Yap rayon təşkilatının əməkdaşı Gündüz Alıkişiyev çıxış edərək yarış iştirakçılarını qarşıdan gələn 8 noyabr–Zəfər Günü münasibəti ilə təbrik edərək, məktəblilərə uzun ömür, can sağlığı və təhsildə uğurlar arzulayıblar.

Qeyd olunub ki,bu il 44 günlük Vətən müharibəsində qazanılan Şanlı Zəfərimizin 5-ci ildönümü tamam olur.Bu tarixi  Zəfər Ali Baş Komandan,məğlubedilməz sərkərdə  cənab İlham Əliyevin rəhbərliyi altında Vətən yolunda öz şirin canlarından keçən şəhidlərin, sağlamlıqlarını itirən qazilərin, müharibə veteranlarının sayəsində qazanıldı. Bugünkü azad və suveren respublikada yaşamağımız üçünAli Baş Komandana,şəhid və qazilərimizə borcluyuq.

Çıxış edənlər məktəblilərə Azərbaycanın tarixini dərindən öyrənməyi tövsiyyə ediblər.

Sonra yarışa start verilib. Birincilikdə ümumtəhsil məktəblərindən 4 yaş qrupu üzrə 76 şagird iştirak edib.Qaliblərə Zəfər Gününə həsr edilmiş ümumrayon tədbirində rayon icra hakimiyyəti və YAP rayon təşkilatı tərəfindən fəxri fərmanlar təqdim ediləcək.

Keçidlər