“Konstitusiya və Suverenlik İli - 2025 “ : “Ümummilli Lider Heydər Əliyev Müstəqil Azərbaycanın konstitusiyasının müəllifidir”
“Konstitusiya və Suverenlik İli” çərçivəsində Tərtər Rayon İcra Hakimiyyətinin Tədbirlər Planına uyğun olaraq müstəqil Azərbaycanın ilk konstitusiyasının 30 illik yubileyi münasibəti ilə Tərtər rayon icra hakimiyyəti YAP Tərtər rayon təşkilatı və Tərtər Dövlət Aqrar İnkişaf Mərkəzi ilə birlikdə “Ümummilli Lider Heydər Əliyev Müstəqil Azərbaycanın konstitusiyasının müəllifidir” adlı “dəyirmi masa” keçirib.
Tədbirdə Tərtər Rayon İcra Hakimiyyəti başçısı aparatında İctimai-siyasi humanitar məsələlər şöbəsinin müdir müavini Zabil Paşayev, Tərtər Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Mehman Babayev, YAP rayon təşkilatının əməkdaşı Gündüz Alıkişiyev və mərkəzin kollektivi iştirak ediblər.
Əvvəlcə Ümummilli lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra rayon İcra hakimiyyəti başçısı aparatında İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Zabil Paşayev çıxış edərək, 44 günlük Vətən müharibəsində qazanılan şanlı zəfərdən sonra,aparılan lokal xarakterli antiterror əməliyyatlarında işğaldan azad edilmiş torpaqların terrorçulardan tamamilə təmizləndiyini,Azərbaycanın bütün ərazilərində ücrəngli bayrağımızın dalğalandığını,respublika prezident cənab İlham Əliyevin 28 dekabr 2024-cü il tarixli Sərəncamı ilə 2025-ci il müstəqil Azərbaycanın ilk Konstitusiyasının qəbul edilməsinin 30-cu və Vətən müharibəsində qələbənin 5-ci ildönümü münasibətilə ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan olundugunu bildirib. Bidirilib ki,bu qərar hüquqi dövlətçilik və suverenlik dəyərlərinin möhkəmləndirilməsi baxımından xüsusi əhəmiyyətə malikdir. Suverenlik və dövlətçilik müstəqil dövlətlərin varlığını və inkişafını təmin edən əsas amillərdir.
Qeyd olunub ki, Ulu Öndərin Azərbaycan xalqı qarşısında ən böyük xidmətlərindən biri də onun rəhbərliyi ilə müstəqil dövlətimizin ilk Konstitusiyasının hazırlanmasıdır. 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş Konstitusiyamız dünyanın ən demokratik qanunları ilə müqayisə oluna bilər. Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycan dövlətçiliyinin memarı və qurucusu, Konstitusiyamızın yaradıcısıdır.
“Dəyirmi masa” da YAP rayon təşkilatının əməkdaşı Gündüz Alıkişiyev, Tərtər Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Mehman Babayev,mərkəzin baş mühasibi Gülnarə Kərimova,bitki mühafizəsi üzrə baş aqronom Fizuli Əzimov və aqronom Mehrac Bilalzadə çıxış ediblər.
Çıxışçılar Ümummilli Liderin respublikamıza rəhbərlik etdiyi dövrün quruculuq və tərəqqi, davamlı və hərtərəfli inkişaf mərhələləri kimi şanlı tariximizin səhifələrinə qızıl hərflərlə yazıldığını,dahi şəxsiyyətin Azərbaycana rəhbərliyinin hər iki dövrünün onun dövlətçilik fəlsəfəsinin əsasını təşkil edən azərbaycançılıq ideyasının formalaşdırdığını bildiriblər.






