Şriftin ölçüsü :

Saytın rəngi :

“Konstitusiya və Suverenlik İli -2025”: “Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir”

05 iyun 2025 | 09:40

Tərtər Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə YAP rayon təşkilatının inzibati binasında “Konstitusiya və Suverenlik İli” çərçivəsində :  “Ümummilli Lider Heydər Əliyev   müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir” mövzusunda tədbir keçirilib.

Tədbirdə rayon icra hakimiyyətinin, iidarə, müəssisə və təşkilatların əməkdaşları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Əvvəlcə Ümummilli lider Heydər Əliyevin və torpaqlarımızın suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri girş sözü ilə Tərtər Rayon İcra Hakimiyyəti başçısı aparatında İçtimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Zabil Paşayev açaraq məruzə edib. O öz məruzəsində qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan olunması ölkəmizin həyatında üç mühüm dönüş nöqtəsinin tarixi əhəmiyyətini ifadə edir.

Müstəqil dövlətimizin ilk Konstitusiyasının qəbul edilməsi, İkinci Qarabağ müharibəsinin və antiterror əməliyyatının qələbələrlə başa çatdırılması, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa olunması xalqımızın taleyi ilə bağlı olan müstəsna əhəmiyyətli hadisələrdir.

Qeyd olunub ki, Ulu Öndərin Azərbaycan xalqı qarşısında ən böyük xidmətlərindən biri də onun rəhbərliyi ilə müstəqil dövlətimizin ilk Konstitusiyasının hazırlanmasıdır.

1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş Konstitusiyamız dünyanın ən demokratik qanunları ilə müqayisə oluna bilər. Azərbaycanın əsas qanunu ölkəmizdə hüquqi, demokratik və dünyəvi dövlət quruculuğunun proqram sənədidir. Bu fikrin düzgünlüyü özünü ilk növbədə onda göstərir ki, dövlətimiz bütövlükdə Konstitusiya əsasında qurulmuşdur və fəaliyyət göstərir.

Sonra Həsənqaya kənd İƏD-si üzrə nümayəndə İlqar  Qasımov, Tərtər Peşə Məktəbinin müəllimləri Tamella Məmmədova, Qalalı Hüseynov, Qarabağ Regional Mədəniyyət İdarəsinin Tərtər Nümayəndəliyinin əməkdaşı Ulviyyə Əliyeva, Gigiyena və Epidemiologiya Mərkəzinin tibb işçisi Ləman Kərimova, rayon Mərkəzi Xəstəxanasının tibb bacısı Ruhiyyə Cavadova və rayon Tekekommunikasiya qovşağının işcisi Müşviq Cəfərov çıxış ediblər.

Çıxışçılar bu il xalqımızın müəllifi Ümummilli Lider Heydər Əliyev olan ilk milli Konstitusiyamızın qəbul edilməsinin 30-cu ildönümünü  qeyd etdiyini söyləyərək, bu Ali sənədin Ulu Öndərin zəngin siyasi və dövlətçilik irsinin parlaq nümunələrindən biri olduğunu vurğulayıblar. Bildirilib ki, 1995-ci ilin 12 noyabrında ümumxalq referendumu ilə qəbul olunmuş müstəqil Azərbaycanın ilk Konstitusiyasında dövlətimizin siyasi sistemi, insan hüquq və azadlıqları, iqtisadi münasibətlər, sosial təminatlar kimi mühüm müddəalar öz əksini tapıb, habelə  ölkəmizin bugünkü hərtərəfli inkişafı, dövlətimizin dünyada özünəlayiq  yer tutması ilə bağlı məsələlər əks olunub.

Keçidlər