“Konstitusiya və Suverenlik İli -2025 “ : “Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir ”
Tərtər Rayon İcra Hakimiyyətinin, YAP rayon təşkilatının və mərkəzi rayon xəstəxanası publik hüququ şəxsin birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir ” mövzusunda “dəyirmi masa “ keçirilib.
Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Sonra Tərtər Rayon İcra Hakimiyyəti başçısı aparatında İctimai–siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Zabil Paşayev çıxış edərək, bildirib ki, “Ulu Öndər Heydər Əliyevin Konstitusiyanın hazırlanmasında, qəbul edilməsində gərgin liderlik əməyi və töhfəsi danılmazdır. Bu sahədə aparılan işlər bu gün də Prezident İlham Əliyev tərəfindən davam etdirilir və biz tarixi ədaləti bərpa etmiş azad və suveren ölkənin vətəndaşları olaraq 2025-ci ili “Konstitusiya və Suverenlik İli” kimi qeyd edirik.
Azərbaycan Respublikasının Konstitusiyasının yaranmasından və bu istiqamətdə Ulu Öndər Heydər Əliyevin tarixi xidmətlərindən bəhs edən Zabil Paşayev bildirib ki, Konstitusuyanın qəbulu müstəqillik tariximizin ən mühüm hadisələrindən biri olmaqla yanaşı, Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı böyük xidmətlərindən biridir.
Konstitusiya müstəqil dövlət quruculuğu prosesini tənzimləyən, demokratik inkişafa təminat yaradan, cəmiyyətin siyasi, sosial, mədəni, iqtisadi sferalarında köklü dəyişiklikləri özündə ehtiva edən, qanunvericiliyin təkmilləşdirilməsində hüquqi baza rolunu oynayan mükəmməl və mütərəqqi sənəddir və həmçinin suverenliyimizin təminatçısıdır. Bu gün Azərbaycan öz xalqının humanizm ideyalarını, milli maraqlarını əsas tutaraq müstəqil şəkildə daxili və xarici siyasətini cəsarətlə həyata keçirir, suveren hüquqlarına uyğun olaraq bütün dünya ölkələri ilə münasibətlərini hüquqi müstəvidə quraraq qarşısına qoyduğu məqsədlərə doğru uğurla addımlayır, regionda lider dövlət kimi öz sözünü deyir.
Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə tariximiz yeni uğurlarla zənginləşir. 2020-ci ildə Vətən müharibəsində qazanılan qələbə, bu gün Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa və yenidənqurma işləri tariximizin şərəfli səhifələri olmaqla bərabər, həm də Azərbaycan dövlətinin qüdrətini bütün dünyaya bəyan edir.Biz sentyabrın 20-də ilk dəfə olaraq Azərbaycanımızın Dövlət Suverenliyi Gününü qürurla qeyd etməyə hazırlaşırıq.
Sonra YAP rayon təşkilatında məsləhətçi Əli Paşayev, rayon mərkəzi xəstəxanasının publik hüquqi şəxs-direktorun müavini Mahir İbrahimov, həkin Həqiqət Əliyeva, tibb bacısı Ellada Allahverdiyeva çıxış ediblər. Çıxışlarda qeyd olunub ki, Konstitusiyanın qəbulu müstəqillik tariximizin ən mühüm hadisələrindən biri olmaqla yanaşı, Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı böyük xidmətlərindən biridir. Bu gün də Ümummilli Lider Heydər Əliyev ideyaları yaşayır, Ulu öndərin arzuları çin olur.






