Şriftin ölçüsü :

Saytın rəngi :

“Konstitusiya və Suverenlik İli -2025”: “Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir”

21 iyul 2025 | 17:16

Tərtər Rayon İcra Hakimiyyətinin və  YAP rayon təkilatının birgə təşkilatçılığı ilə “Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi ilə bağlı Tədbirlər Planı”na əsasən “Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir” adlı “dəyirmi masa” keçirib.

Tədbirdə rayon icra hakimiyyətinin, YAP rayon təşkilatının əməkdaşları, rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatlarda çalışan gənclər iştirak ediblər.

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tərtər Rayon İcra Hakimiyyəti başçısı aparatında İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçısı Svetlana Əzizova rayon icra hakimiyyəti tərəfindən “Konstitusiysa və Suverenlik İli” çərçivəsində rayonda keçirilən silsilə tədbirlərdən danışıb. O, müasir müstəqil Azərbaycan Respublikasının memarı Ulu Öndər Heydər Əliyevin milli dövlətçilik tariximizdəki xidmətləri, həmçinin Konstitusiyamızın inkişaf mərhələləri, onun ölkənin hüquq sistemində tutduğu müstəsna yeri barədə ətraflı məlumat verərək, respublikamızın inkişafı naminə Ümummilli Liderin əsasını qoyduğu strateji siyasi xəttin Prezident cənab İlham Əliyevin bütün sahələrdə uğurla davam etdirdiyini vurğulayıb.

Sonra YAP rayon təşkilatının əməkdaşı Əli Paşayev, rayon icra hakimiyyətində könüllü kimi çalışan Aysu Quluzadə, Qarabağ Regional Mədəniyyət İdarəsinin Tərtər nümayəndəliyinin işçisi Ülviyyə Əliyeva, Heydər Əliyev Mərkəzinin işçisi Əzizə Kərimova, Tərtər Dövlət Aqrar İnkişaf Mərkəzinin əməkdaşı Rüstəm Məmmədzadə çıxış ediblər. Çıxışlarda qeyd olunub ki, bu gün tam əminliklə deyə bilərik ki, dövlətimiz Ulu Öndər Heydər Əliyevin ideyaları, zəngin dövlətçilik irsi əsasında inkişaf yolunda inamla irəliləyən müasir Azərbaycan dövləti tarixinin qüdrətli dövrünü yaşayır.

Keçidlər