Şriftin ölçüsü :

Saytın rəngi :

“Konstitusiya və Suverenlik İli-2025”: “Ümummilli Lider Heydər Əliyev Müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir” mövzusunda inşa yazı müsabiqəsi keçirilib

05 may 2025 | 15:53

Tərtər Rayon İcra Hakimiyyətinin, YAP Tərtər rayon təşkilatının və Qarabağ Regional Təhsil İdarəsinin Tərtər və Ağdərə rayonları üzrə Təhsil sektorunun birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə Tərtər Rayon Uşaq Gənclər Şahmat Məktəbinin akt zalında ümumtəhsil məktəbliləri arasında ”Ümummilli Lider Heydər Əliyev Müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir” mövzusunda inşa yazı müsabiqəsi keçirilib.

Tədbirdə əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü Tərtər Rayon Uşaq Gənclər Şahmat Məktəbinin direktoru Fərəc Rzayev açaraq müsabiqəni açıq elan edib. Sonra sözü rayon icra hakimiyyəti başçısı aparatında İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Svetlana Əzizovaya verib. Rayon icra hakimiyyətinin nümayəndəsi Ümummilli Lider, müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin Azərbaycanın rifahı və inkişafı naminə həyata keçirdiyi uğurlu inkişaf strategiyasından və misilsiz xidmətlərindən danışıb.

Azərbaycanda təhsilin davamlı inkişafının Heydər Əliyevin adı ilə bağlı olduğunu bildirib. O, dahi şəxsiyyətin dövlətçilik maraqlarına hər zaman xüsusi həssaslıqla yanaşdığını və milli mənafeləri hər şeydən üstün tutduğunu qeyd edib. Bildirib ki, Azərbaycan Respublikası prezidentinin 28 dekabr 2024-cü il tarixli sərəncamı ilə 2025-ci il “Konstitusiya və Suverenlik İli “ elan olunub və ölkə rəhbərinin sərəncamı ilə  “Tədbirlər Planı” təsdiq edilib. Respublikamızın hər yerində olduğu kimi rayonumuzda  da hənin “Tədbirlər Planı”na uyğun olaraq silsilə tədbirlər keçirilir.

“Konstitusiya və Suverenlik İli” ndə bir daha dahi rəhbəri, Azərbaycan Konstutusiyasının müəllifini, suverenliyimizin yaradıçısını yada salmaq bizim  onun ruhu qarşısında mənəvi borcumuzdur.

Sonra o, 1995-ci ildə şəxsən Ulu Öndərin təşəbbüsü ilə hazırlanmış Azərbaycan Respublikasının Konstitusiyası, onun referendum yolu ilə qəbul edilməsi barədə şagirdlərə geniş və hərtərəfli məlumat verib.

Tədbirdə iştirak edən YAP rayon təşkilatının nümayəndəsi Gündüz Alıkişiyev və Tərtər və Ağdərə rayonları üzrə Təhsil sektorunun əməkdaşı Nərgiz Quliyeva çıxış edərək müsabiqə iştirakçılarına uğurlar diləyiblər.

Bir saat vaxt ayrılan inşa müsabiqəsində 35 tam və ümumi orta məktəbin hər birindən bir şagird iştirak edib.

İnşa yazı müsabiqəsində fərqlənən şagirdlər YAP Tərtər Rayon Təşkilatı və Təhsil sektoru tərəfindən Fəxri Fərmanla  təltif ediləcəklər.

 

Keçidlər