Şriftin ölçüsü :

Saytın rəngi :

“Konstitusiya və Suverenlik İli-2025”: “Ümummilli Lider Heydər Əliyev Azərbaycan Konstitusiyasının müəllifidir” mövzusunda tədbir keçirilib

17 aprel 2025 | 15:45

Tərtər Rayon İcra Hakimiyyətinin və Tərtər Peşə Məktəbinin birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Ümummilli Lider Heydər Əliyev Azərbaycan Konstitusiyasının müəllifidir”adlı “dəyirmi masa” keçirib. Dəyirmi masa da rayon icra hakimiyyətinin əməkdaşları, Peşə məktəbinin müəllim və tələbələri iştirak ediblər.

Əvvəlcə Dövlət himni səsləndirilib, sonra Ümummilli lider Heydər Əliyevin və torpaqlarımızın suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə rayon icra hakimiyyəti başçısı aparatında İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Svetlana Əzizova çıxış edib. O bildirib ki, respublika prezidenti cənab İlham Əliyevin 28 dekabr 2024-cü il tarixli sərəncamı ilə 2025-ci il “Konstitusiya və suverenlik ili” elan edilib və ölkə rəhbərinin sərəncamı ilə Tədbirlər Planı təsdiq olunub. Tədbirlər Planına əsasən respublikamızın hər yerində, eləcə də rayonumuzda silsilə tədbirlər, dəyirmi masalar, mədəni kütləvi tədbirlər, ağacəkmə aksiyaları, müsabiqələr və maarifləndirmə tədbirləri keçirilir. Bu günkü tədbirimiz də həmin silsilə tədbirlərin davamıdır.

S.Əzizova qeyd edib ki, Ulu Öndərin ikinci dəfə siyasi hakimiyyətə gəlişi Azərbaycanı məhv olmaqdan xilas etməklə yanaşı, ölkədə qanunçuluğu bərpa etdi, həc-mərcliyə son qoydu, siyasi sabitliyi bərpa etdi. Onun Konstitusiyanın hazırlanmasında, qəbul edilməsində liderliyi danılmazdır. 1995-ci ilin mayında Heydər Əliyevin sədrliyi ilə Konstitusiya Komissiyası formalaşdı. Komissiyanın hazırladığı Konstitusiya layihəsi 1995-ci ilin oktyabrında ümumxalq müzakirəsinə verildi, noyabrın 12-də isə qəbul edildi. Beləliklə Azərbaycan Respublikasının Konstitusiyasına edilən əlavə və dəyişikliklər nəticəsində Əsas Qanunumuz daha da təkmilləşdirilərək yeni dövrün tələblərinə uyğunlaşdırıldı.

Dəyirmi masa da məktəbin direktoru Əli Babayev, müəllimlərdən Aygün Əliyeva, məktəbdaxili karyera və inkişaf mərkəzinin rəhbəri Aqşin İsmayılov, məktəbin psixoloqu Esmira Hüseynzadə və ”Baytar texniki” qrupunun tələbəsi İnsafa Abbasov cıxış ediblər. Çıxışlarda qeyd olunub ki, ölkəmizdə insan haqlarının müdafiəsinə dair mühüm normativ aktlar qəbul olnub, İnsan hüquqları üzrə müvəkkil (Ombudsman) institutu yaradılıb. Bu gün müstəqil Azərbaycanın yaradıcısı, konstitusiyamızın müəllifi olan Ümummilli Lider Heydər Əliyevin siyasi kursunu onun layiqli davamçısı respublika prezidenti cənab İlham Əliyev uğurla davam etdirir.

Sonda Ulu Öndərə həsr edilmiş videoçarx nümayiş etdirilib.

Keçidlər