“ Konstitusiya və Suverenlik İli -2025 ” : “Şanli Zəfər Tariximiz” adlı “ dəyirmi masa ” keçirilib
Tərtər Rayon İcra Hakimiyyəti və YAP rayon təşkilatının birgə təşkilatçılığı iləYAP rayon təşkilatının inzibati binasında 8 noyabr-Zəfər Gününün 5-ci ildönümünə həsr edilmiş “Şanlı Zəfər tariximiz” “adlı” dəyirmi masa” keçirilib.
“Dəyirmi masa” da rayon icra hakimiyyətinin, YAP rayon təşkilatının əməkdaşları ilə yanaşı Tərtərçay Hidroqovşağı İstismarı İdarəsinin, Tərtər Elektrik Şəbəkəsinin və Gigiyena Epidemologiya Mərkəzinin kollektivlərinin üzvləri də iştirak ediblər.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın suverenliyi uğrunda canından keçmiş şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.
Sonra rayon icra hakimiyyəti başçısı aparatında İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Zabil Paşayev çıxış edərək, bu il 44 günlük Vətən müharibəsində qazanılan Şanlı Qələbəmizin 5, Müstəqil Azərbaycanın Konstitutsiyasının 30 ilinin tamam olduğunu, ilk dəfə olaraq sentyabr ayının 20-də Dövlət Suverenliyi gününün keçirildiyini, bu münasibətlə 2025-ci ilin Azərbaycan Respublikasının Prezidenti tərəfindən “ Konstitusiya və Suverenlik İli “ elan olunduğunu bildirərək,tədbir iştirakçılarını qeyd olunan tarixi günlər münasibəti ilə təbrik edib.
O, Qarabağ savaşının Azərbaycan dövlətinin tarixində şanlı səhifələrdən biri olduğunu vurğulayıb.Qeyd edib ki, 2016-cı ilin Aprel döyüşlərində ordumuz ilk qalibiyyətini əldə etdi və böyük Zəfərin başlanğıcı həmin döyüşlərində tarixiləşdi. Nəhayət, otuz ilin Vətən həsrətinə son qoyuldu. Qırx dörd günlük İkinci Qarabağ müharibəsi Azərbaycanın zəfəri ilə başa çatdı və xalqımız məğrur xalq, ordumuz isə dünyanın ən güclü ordusu sıralarında yer aldı.
2020-ci ildə “Tovuz döyüşləri” 44 günlük Zəfər səlnaməsinə gedən qalibiyyət yolumuzdur. Vətən müharibəsində Ali Baş Komandan İlham Əliyevin güclü siyasəti, xalqımızın birliyi sayəsində qələbə qazandıq. Ali Baş Komandanımızın qeyd etdiyi kimi, bu müharibə bir daha Azərbaycan xalqının əyilməz ruhunu göstərdi. Qırx dörd gün ərzində bütün dünya Azərbaycanı yenidən tanıdı, onun rəhbərinin yenilməzliyinə, siyasi müdrikliyinə şahidlik etdi. Şəhidlərimizin, qazilərimizin qanı, canı bahasına tarixi torpaqlarımız işğaldan azad olundu, hərb tariximizə qızıl hərflərlə Qələbə yazıldı.
Qeyd edib ki, Vaşinqtonda 8 avqustda imzalanmış sənədlər, sülh müqaviləsinin paraflanması Prezident İlham Əliyevin 2020-ci ildə başladığı işi sülh müqaviləsi ilə başa çatdırmaq əzmində olduğunu göstərdi. Azərbaycan xalqı inanır ki, Prezident İlham Əliyevin müdrik siyasəti ilə, böyük iradəsi ilə tezliklə sülh müqaviləsi imzalanacaq və Zəngəzur dəhlizi açılacaq, Azərbaycan tranzit ölkə kimi yeni iqtisadi imkanlar, dostlar, tərəfdaşlar qazana biləcək.
“Dəyirmi masa “da YAP rayon təşkilatının sədr müavini Azər Ağayev, Tərtərçay Hidroqovşağı İstismarı İdarəsinin mühəndisi şəhid qardaşı Yaşar Əliyev, Birinci Qarabağ müharibəsi şəhidi Rafiq Nuriyevin qardaşı Namiq Nuriyev,Vətən müharibəsi veteranı Elçin Yusibov, həmin idarənin nəzarətçisi Ətrabə Sarıyeva və Gigiyena və Epidemiologiya Mərkəzinin mütəxəsisi Afiyət Məmmədova çıxış ediblər. Çıxışçılar Azərbaycanın dünyada 44 gün ərzində özünün taleyini, mübarizəsini, idealarını həll etməyi bacaran bir ölkə kimi böyük nüfuz əldə etdiyini, Azərbaycan xalqının qalib xalq, Azərbaycan Ordusunun qalib ordu, Müzəffər Ali Baş Komandanımızın isə qalib lider statusu qazandığını diqqətə çatdırıblar. Qeyd olunub ki,Ulu Öndər Heydər Əliyevin yaratdığı mükəmməl bünövrə və Azərbaycan Prezidenti İlham Əliyevin qüdrətli sərkərdəlik məharəti, xalqımızın, ordumuzun birliyi bizim qalib xalq statusu qazanmağımızın əsl səbəbidir.






