Şriftin ölçüsü :

Saytın rəngi :

“Konstitusiya və Suverenlik İli -2025 “:Məktəblilər “Zəfər nəğmələri“ oxudular

06 noyabr 2025 | 17:34

Tərtər Rayon İcra Hakimiyyəti,YAP rayon təşkilatı və Uşaq Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə  mərkəzdə 8 noyabr –Zəfər Gününə həsr edilmiş “ Zəfər nəğmələri” adlı tədbir keçirilib.

Tədbir iştirakçıları önçə məkəzin “Bacarıqlı əllər” və “Rəsm” dərnəklərinin üzvlərinin rəsm və əl işlərindən ibarət sərgiyə baxıblar.Sonra torpaqlarımızın suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Dövlət Himni səsləndirilib.

Mərkəzin direktoru tədbiri aşaraq, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılan Zəfərdən,canını vətənə qurban verən igid oğullardan,sağlamlıqlarını itirən qazilərdən,tarix yazan oğullardan danışıb.

Tədbirdə iştirak edən rayon icra hakimiyyəti başçısı aparatında İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Svetlana Əzizova və YAP rayon təşkilatının əməkdaşı Əli Paşayev tədbir iştirakçılarını Zəfər Günü münasibəti ilə təbrik ediblər.Qeyd olunub ki,tərtərli məktəblilər daha vətənpərvər,daha dözümlüdürlər.Çünki onlar müharibənin agrı-acısını görüb,top-tüfəng sədaları altında böyüyüblər.Ona görə də yaşlarına görə daha qorxmazdılar.

Bildirilib ki,bu gün Zəfər bayramı olkəmizin hər yerində böyük təntənə və qürur hissi ilə qeyd olunur.Çünki 30 ildə düşmənin bizdən aldığı torpaqları 44 gündə geri qaytarmışıq.İşğaldan azad edilmiş bütün ərazilərdə üçrəngli bayrağımız dalğalanır,suverenliyimiz bərpa olunub.

Çıxışlardan sonra bədii qiraət, rəqs,bacarıqlı əllər,kompüter dərnəyinin üzvlərinin ifasında rəngarəng  çıxışlar bir-birini əvəz edib.

Keçidlər