"Konstitusiya və Suverenlik İli – 2025-ci il : 30 illik tarixə baxış”
Tərtər Rayon İcra Hakimiyyətinin və rayon Təhsil sektorunun birgə təşkilatçılığı ilə şəhər 1nömrəli tam orta məktəbdə “Konstitusiya və suverenlik ilinə həsr olunmuş “30 illik tarixə baxış” adlı tədbir keçirilib.
Tədbirdə rayon icra hakimiyyətinin əməkdaşları və təhsil işçiləri iştirak ediblər.
Əvvəlcə Ümummilli Liderin və torpaqlarımızın suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.
Sonra rayon icra hakimiyyəti başçısı aparatında İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini Zabil Paşayev çıxış edib. O, bildirib ki, Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə 2025-ci il “Konstitusiya və Suverenlik İli” elan edilib.
Bu sərəncamın verilməsi iki amildən irəli gəlir. Birincisi, Azərbaycan torpaqları 30 il işğal altında olub. Nəhayət, 44 günlük müharibə zamanı işğal olunmuş torpaqlarımız düşməndən azad oldu.
Eyni zamanda, Azərbaycan ordusu antiterror tədbirləri nəticəsində separatçı rejimi darmadağın edərək ərazilərimizi işğaldan azad etməklə suverenliyimizi tam bərpa etmiş olduq. Prezidentin sərəncamı ona köklənib ki, 2025-ci il artıq o ildir ki, biz həmin ili ölkəmizin tam suveren vəziyyətdə olduğu il kimi qeyd edəcəyik.
Yəni torpaqları işğaldan azad olunmuş və həmin ərazilərdə abadlıq, quruculuq işlərini aparan bir dövlət kimi artıq suverenliyimizi qeyd edə bilərik.
Cənab Prezidentin məhz “Konstitusiya və Suverenlik ili” ilə bağlı imzaladığı sərəncamı həm konstitusiyamızın 30 illiyi, həm də 30 illik işğaldan sonra suverenliyimizin bərpası ilə bağlı olan bir sərəncamdır. “Konstitusiyamızın banisi, onun memarı ulu öndər Heydər Əliyev olub. 1995-ci ildə konstitusiya qəbul olunarkən Heydər Əliyev tərəfindən komissiya yaradıldı.Komissiya yeni konstitusiyanın müddəaları üzərində işlədikdən sonra ümumxalq müzakirəsinə çıxarıldı və sonra da referendum yolu ilə Azərbaycan xalqı tərəfindən Azərbaycan Konstitusiyası qəbul olundu. Azərbaycan Konstitusiyası bir çox məqamlara görə fərqlidir.MDB dövlətləri 1995-ci ildə yeni müstəqil olmuşdular və qanunvericiliklərini dəyişdilər.Azərbaycanın Konstitusiyası MDB məkanında ilk konstitusiyalardan biridir ki, onun təxminən 40-dan çox maddəsi insan hüquq və azadlıqlarına həsr olunub. Eyni zamanda, bu konstitusiyada vətəndaşların hüquq və azadlıqları qeyd edilməklə, dövlət və hakimiyyət orqanlarının vəzifələri, funksiyaları öz əksini tapıb.
Sonra şəhər 1 nömrəli məktəbin direktoru Amin Hüseynov, məktəbin direktor müavinləri İntiqam Nuriyev, Ziyafət Rüstəmova çıxış ediblər. Çıxışçılar qeyd ediblər ki, ən mütərəqqi, ən demokratik konstitusiyalardan biri kimi Azərbaycan Konstitusiyası tarixə düşüb. Konstitusiyamız 30 il zaman keçməsinə baxmayaraq hazırkı durumda ən mütərəqqi və ən demokratik konstitusiyalardan biridir.