“Konstitusiya və Suverenlik İli -2025” : 27 sentyabr Anım Gününə həsr edilmiş şahmat üzrə rayon turnirinə start verilib
Tərtər Rayon İcra Hakimiyyətinin, YAP rayon təşkilatının və Tərtər Təhsil Sektorunun təşkilatçılığı ilə rayon Uşaq Gənclər İdman Şahmat Məktəbində məktəblilər arasında şahmat üzrə rayon turnirinə start verlib.
Yarışın açılışında rayon icra hakimiyyəti başçısı aparatında İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Zabil Paşayev, YAP rayon təşkilatının əməkdaşı Gündüz Alıkişiyev, Uşaq - Gənclər İdman Şahmat Məktəbinin direktoru Fərəc Rzayev iştirak ediblər.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.
Sonra rayon icra hakimiyyəti başçısı aparatında İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Zabil Paşayev, YAP rayon təşkilatının əməkdaşı Gündüz Alıkişiyev uşaqlara 44 günlük Vətən müharibəsində şəhid olan vətən oğulları haqqında məlumat verərək, respublika Prezidentinin sərəncamı ilə hər il sentyabrın 27-nin Anım Günü kimi qeyd edildiyini, 2025-ci ildə Vətən müharibəsində qələbəmizin 5, müstəqil Azərbaycanımızın konstitusiyasının 30 illik yubileyi olduğunu bildirib, məhz buna görə də ölkə rəhbərinin 2025-ci ili sərəncamla “Konstitusiya və Suverenlik İli” elan etdiyini deyiblər.Onlar Anım gününə həsr edilmiş rayon turnirində iştirakçılara uğurlar diləyiblər. Uşaq Gənclər İdman Şahmat Məktəbinin direktoru Fərəc Rzayev turnir iştirakşılarına yarış haqqında məlumat verib və turnirə start verilib.
Turnirdə şahmat məktəbinin və ümumtəhsil məktəblərinin 4 yaş qrupu üzrə 76 şagirdi iştirak edib.Yarış 3 gün davam edəcək.






