Şriftin ölçüsü :

Saytın rəngi :

“Konstitusiya və Suverenlik İli -2025 ” : “18 oktyabr–Azərbaycan Pespublikasının Dövlət Müstəqilliyinin bərpası günüdür”

17 oktyabr 2025 | 14:06

Tərtər Rayon İcra Hakimiyyəti, YAP rayon təşkilatı və Qarabağ Regional Mədəniyyət İdarəsinin Tərtər rayon Nümayəndəliyinin təşkilatçılığı ilə Mədəniyyət Mərkəzinin zalında “Konstitusiya və Suverenlik İli” çərçivəsində 18 Oktyabr-Müstəqilliyin Bərpası Günü münasibətilə “Müstəqil Azərbaycanın inkişafında yeni mərhələnin başlanğıcı” adlı tədbir keçirilib.

Öncə  tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin suverenliyi və    ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Sonra Dövlət Himni səsləndirilib və 18 Oktyabr-Müstəqilliyin Bərpası Günü ilə bağlı videoçarx nümayiş etdirilib.

Tərtər Rayon İcra Hakimiyyəti başçısı aparatında İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Svetlana Əzizova çıxış edərək tədbir iştirakçılarının şəxsində bütün Azərbaycan xalqını Dövlət Müstəqilliyinin Bərpası Günü münasibəti ilə təbrik edərək, onlara müstəqil Azərbaycanın inkişafı və çiçəklənməsi naminə işlərində müvəffəqiyyətlər arzulayıb.

Qeyd olunub ki, 18 Oktyabr-Müstəqilliyin Bərpası Günü Azərbaycan xalqının tarixində milli qürurun və dövlətçilik iradəsinin təntənəsidir. Azərbaycan xalqı 18 Oktyabr tarixini azadlıq və dövlət müstəqilliyinin rəmzi kimi qeyd edir.

Ulu Öndər Heydər Əliyevin siyasi uzaqgörənliyi sayəsində müstəqillik ideyası sabitlik və inkişafla müşayiət olundu. Ulu Öndər milli birliyi bərpa edərək dövlətin dayaqlarını möhkəmləndirdi. Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi bu strategiya Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni səviyyəyə yüksəldi.

Prezident İlham Əliyevin 22 il ərzində həyata keçirdiyi siyasət nəticəsində Azərbaycan regional lider dövlətə çevrildi. 2020-ci ildə Vətən müharibəsində əldə olunan Qələbə müstəqilliyin qüdrətini bütün dünyaya göstərdi. 2023-cü ildə keçirilən lokal xarakterli antiterror tədbirləri isə bu Qələbəni yeni səviyyəyə yüksəltdi. Bu addımla Azərbaycanın suverenliyi tam bərpa edildi. Artıq ölkəmiz “Suverenlik Günü”nü dövlət müstəqilliyinin davamı kimi qeyd edir. Xalqımız bu dəyərləri Prezident İlham Əliyevin rəhbərliyi ilə əzmlə qoruyur və gələcəyə inamla addımlayır.

Tədbirdə YAP  rayon təşkilatının əməkdaşı Gündüz Alıkişiyev, rayon Mədəniyyət Mərkəzinin direktoru Etibar Əhmədov, Mədəniyyət Mərkəzinin Bəyimsarov 2 kənd diyarşünaslıq klubunun mədəni təşkilatçısı Elyanə Qədimova, Mərkəzi Kitabxana  Sisteminin Yenikənd filialının kitabxanaçısı Afət Zeynalova da çıxış ediblər. Çıxışlarda qeyd olunub ki, 18 Oktyabr Azərbaycan tarixində azadlıq və milli iradənin bərpa olunduğu şərəfli gündür. Amma etiraf etməliyik  ki, Ulu Öndər olmasa idi, biz 1993-cü ilə bu müstəqilliyi itirə bilərdik. O zaman dövlətimizi məhv olmaqdan məhz Ulu Öndərin siyasi iradəsi xilas etdi. Heydər Əliyevin uzaqgörən siyasəti və möhkəm təməli üzərində qurulan dövlətimiz bu gün Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə regionun ən güclü ölkələrindən birinə çevrilib.

Müstəqilliyimizin bərpasının real mənası və qüdrəti isə 44 günlük Vətən müharibəsində bir daha öz təsdiqini tapdı.

Sonra tədbir iştirakçıları Tərtər rayon Mədəniyyət  Mərkəzi və Uşaq Musiqi məktəbinin birgə hazırladığı konsert proqramına baxıblar.

Keçidlər