Şriftin ölçüsü :

Saytın rəngi :

“Konstitusiya və Suverenlik İli-2025”: 18 may-28 iyun “İnsan hüquqları aylığı” çərçivəsində “Uşaqlara qarşı zorakılıq” və “Uşaqların insan alverinin qurbanına çevrilməsi” mövzusunda tədbir keçirilib

22 may 2025 | 11:38

M.Məmmədov adına Bəyimsarov kənd tam orta məktəbdə keçirilən tədbirdə Tərtər Rayon İcra Hakimiyyəti Başçısı aparatında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Rəvan Həsənov, Tərtər rayon Polis şöbəsinin İTB-nin Yetkinlik yaşına çatmayanların proflaktiki işinin təşkili qrupunun inspektoru Sirac Əlizadə, Qarabağ Regional Gənclər və İdman İdarəsinin Gənclərlə İş sektorunun müdiri Orxan Fəxrəddinov, Qarabağ Regional Gənclər və İdman İdarəsinin Gənclərlə İş sektorunun baş məsləhətçisi Müşviq Həsənov, məktəbin direktoru Elşən İsayev, müəllim kollektivi və şagirdlər iştirak ediblər.

Çıxış edənlər uşaqlara qarşı baş verəbiləcək hüquq pozuntuları, uşaqların hüquq və azadlıqları barədə geniş məlumat veriblər. Uşaqlara qarşı zorakılığın ailə daxilində, təhsil və tərbiyə müəssisələrində, küçədə və iş yerlərində baş verdiyi bildirilib. Zorakılığın başvermə yerləri, zorakılığa məruz qalmış uşağın psixi və fiziki vəziyyəti, davranış tərzi barədə məlumatlı olmağın bu halların baş verməsinin və ya təkrarlanmasının qarşısını almaqda xüsusi əhəmiyyətə malik olduğu qeyd edilib. Həmçinin tədbirdə insan alveri mövzusunun aktuallığından danışılıb. Təhsildən yayınan və baxımsız, erkən nikah və məişət zorakılığının qurbanı olan uşaqların  gələcəkdə insan alverinin potensial qurbanına çevrilməsi ehtimalına diqqət çəkilib. 

Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Keçidlər