“Konstitusiya və Suverenlik İli-2025”: 18 may-18 iyun “İnsan hüquqları aylığı” çərçivəsində Tərtər Rayon Mərkəzi Xəstəxanasında maarifləndirmə tədbirlərinə başlanıb
18 iyun 1998-ci il tarixdə Ümummilli Lider Heydər Əliyev tərəfindən ilk “insan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı” təsdiq olunub və insan hüquqlarının təmini dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyən edilib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2007-ci il 18 iyun tarixli sərəncamı ilə 18 iyun ölkəmizdə “İnsan Hüquqları Günü” kimi qeyd olunur. Bu əlamətdar gün ərəfəsində “İnsan hüquqları aylığı” çərçivəsində ictimai məlumatlığın artırılması məqsədilə rayonumuzda da silsilə tədbirlər keçirilir.
Ay çərçivəsində Tərtər Rayon Mərkəzi Xəstəxanasının Ümumi şöbənin müdiri Vüsal Əliyev və digər məsul şəxslər tərəfindən müraciət edən vətəndaşlara onların hüquq və vəzifələri izah olunur, bu barədə məlumatlılıqlarının artırılması istiqamətində maarifləndirici söhbətlər aparılır.