Şriftin ölçüsü :

Saytın rəngi :

Kikboksinq idman növü üzrə Tərtər çempionatı keçirilmişdir.

26 iyul 2022 | 14:45

26 iyul 2022-ci il tarixdə Gənclər və İdman Nazirliyinin yaradılmasının 28-ci ildönümü münasibətilə yeniyetmə və gənc kikboksçular arasında Tərtər rayon çempionatı keçirilmişdir. Yarışın keçirilməsində məqsəd Gənclər və İdman Nazirliyinin yaradılmasının rayonda yüksək səviyyədə qeyd edilməsindən, kikboksinq idman növünün inkişaf etdirilməsindən və perspektivli idmançıların üzə çıxarılmasından ibarət olmuşdur.

Yarış başlamazdan əvvəl Tərtər Gİİ-nin rəis müavini Şəhram Quliyev və Tərtər OİK-in direktoru Emin Dadaşov çıxış edərək əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan gənclər və idman siyasətini icra edən qurumun yaradılmasının əhəmiyyətindən ətraflı bəhs etmişlər. Sonra idmançılara uğurlar dilənmiş və yarış açıq elan edilmişdir. Müxtəlif çəki qrupları üzrə ümumilikdə 30-a yaxın idmançı rinqdə döyüşmüşdür.

Qaliblər Tərtər rayon Gənclər və İdman idarəsinin fəxri fərmanları ilə təltif edilmişlər.

Keçidlər