Şriftin ölçüsü :

Saytın rəngi :

Kəskin hava şəraiti ilə əlaqədar Rayon Fövqəladə Hallar Komissiyasının növbədənkənar iclası keçirildi

14 aprel 2025 | 21:39
İclasda çıxış edən Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov diqqətə çatdırdı ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, yaxın günlər ərzində ölkə ərazisində hava şəraitinin fasilələrlə yağıntılı keçəcəyi, yağışın ayrı-ayrı yerlərdə leysan xarakterli güclü olacağı, dağ çaylarından sel və daşqın keçəcəyi, şimşək çaxacağı, bir sıra ərazilərdə güclü külək əsəcəyi proqnozlaşdırılır. Rayon rəhbəri Fövqəladə Hallar Nazirliyinin ölkə ərazisində gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə xəbərdarlıq etdiyini, müvafiq təhlükəsizlik qaydalarına riayət etməyə çağırdığını qeyd etdi.
 
Aprelin 14-17 tarixlərində güclü külək və şimşəklə müşayiət olunacaq leysan yağışları ilə əlaqədar rayonda xüsusi təhlükəli hidrometeoroloji hadisələrə məruz qala biləcək ərazilərin, binaların, tikililərin, otaqların, texnoloji avadanlığın, elektrik şəbəkələrinin təhlükəsizliyinə nəzarət edilməsi komissiya üzvlərinə tapşırıldı.
 
Məlumaat üçün qeyd edək ki, Rayon üzrə təhlükəli hidrometeoroloji hadisə ilə əlaqədar məlumatları almaq üçün birbaşa Qərargaha müraciət oluna bilər. Məlumatların operativ qəbul edilməsi məqsədilə qaynar xətt yaradılmışdır (02223-6-25-27).
Keçidlər