Şriftin ölçüsü :

Saytın rəngi :

Kəngərli kəndində rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədovun səyyar-qəbul görüşü keçirilib

08 aprel 2024 | 14:19

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyyələrinə uyğun olaraq mütəmadi surətdə bölgələrdə icra başçılarının səyyar qəbul görüşləri keçirilir. Keçirilən səyyar qəbul-görüşlərin məqsədi vətəndaşları narahat edən məsələləri bilavasitə yerində öyrənmək və onların rastlaşdıqları problemləri vaxtında aradan qaldırmaqdır.

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun təsdiq olunmuş qrafikə uyğun olaraq növbəti səyyar qəbul-görüşü Kəngərli kəndində keçirilib.

Qəbulda Milli Məclisin Deputatı Sahib Alıyev,  YAP rayon təşkilatının sədri Eldar Əsədov, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri, ərazi icra nümayəndəsi, bələdiyyə sədri və kənd sakinləri iştirak ediblər.

Əvvəlcə icra başçısı şəhidlər guşəsinin önünə gül-çiçək dəstələri düzüb, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Rayon rəhbəri qəbulda respublikamızda gedən sosial-iqtisadi inkişafın xalqımızın  rifah halının yaxşılaşmasına təsirindən, həmçinin Kəngərli kəndində görülən işlərdən, sakinlərinin məşğuliyyətindən, kənddə mövcud olan sosial obyektlərin vəziyyətindən, rayonun sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərdən danışıb, bildirib ki, əhali fasifləsiz olaraq işıq, qaz və su ilə təmin olunur.

Qeyd olunub ki, Kəngərli kənd İƏD-nin 610 hektar ərazisi, 312 təsərrüfatı, 1638 nəfər əhalisi var. Ərazidə 1 məktəb, 1 kitabxana, 1 körpələr evi uşaq bağçası, 1 tibb məntəqəsi,  8 ticarət oyekti, 1 iaşə obyekti faəliyyət göstərir. Kənd sakinləri əkinçilik və maldarlıqla məşğul olurlar. Sakinlər 573 baş iribuynuzlu, 455 baş xırdabuynuzlu heyvan, 4662 baş quş, 135 arı ailəsi saxlayırlar.

Son üç ildə Kəngərli kəndində 1,5 km məsafədə kəndarası yollar təmir edilib, su arxları 3 km məsafədə lildən təmizlənib, kənd ərazisində 1600 ədəd çəkil, 60 ədəd eldar şamı, 300 müxtəlif növ ağac əkilib, yol kənarları alaq otlarından təmizlənərək səliqə-səhmana salınıb.

Rayon rəhbəri sakinlərə Elektron Hökumət Portalı tərəfindən yaradılmış Rəqəmsal İcra Hakimiyyəti platforması barədə məlumat verərək, xidmətin əlçatanlıq və üstünlüklərini qeyd edib və https://rih.gov.az/ platformasından istifadə etmələrini tövsiyə edib. Erkən nikah və onun fəsadlarından söhbət açıb, əlaqədar qurumları, hər kəsi erkən nikaha, narkotok və psixotrop maddələrdən istifadəyə qarşı mübarizəyə çağırıb, bu sahədə güclü maarifləndirmə işlərinin aparılmasına ehtiyac olduğunu bildirib.

Sonra söz sakinlərə verilib.

Kənd sakinlərindən Naibə Abbasova rayon Mərkəzi Xəstəxanası tərəfindən qızına dərman verilməsi, Çərkəz Nağıyev kəndin içməli su ilə təmin olunması, Məcid Tağıyev məktəbə dönən yolun asfaltlanması, Məhəmməd Əsgərov telefon xəttinin təmiri və əyilmiş elektrik dirəyinin yenidən basdırılması ilə bağlı müraciət ediblər.

Qaldırılan məsələlərin bəziləri yerində həll olunub, bir qismi nəzarətə götürülüb, rayon rəhbəri tərəfindən əlaqədar qurumlara aidiyyəti tapşırıqlar verilib.

Qəbulda iştirak edən sakinlər onların problemlərinin həllinə həssaslıqla yanaşıldığına, şəhid ailələri  və qazilərə  göstərilən diqqət va qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

Keçidlər