Kənd sakinlərinin müraciəti öz müsbət həllini tapıb
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyyələrinə uyğun olaraq mütəmadi surətdə Tərtər Rayon İcra Hakimyyəti başçısı tərəfindən həm rayon icra hakimiyyətində, həm də yerlərdə vətəndaş qəbulları keçirilir. Keçirilən qəbullarda vətəndaşları narahat edən məsələlər yerində öyrənilir və onların rastlaşdıqları problemləri həll olunaraq, vətəndaş məmnunluğu təmin olunur.
Tərtər Rayon İcra Hakimiyyəti başçısının Cəmilli kəndində keçirilən səyyar qəbul görüşü zamanı kənd sakinləri müraciət edərək kəndin giriş qapısının yararsız vəziyyətdə olduğunu bildirərək təmir olunmasına, kəndarası avtomobil yolunun kənarlarının alaq otlarından və vətəndaşlar tərəfindən tökülmüş məişət tullantılarından təmizlənməsinə köməklik göstərilməsini xahiş ediblər.
Müraciət əsasında rayon icra hakimiyyəti başçısının göstərişinə uyğun olaraq Cəmilli kənd İƏD nüməyəndəlik tərəfindən kəndin giriş qapısı təmir edilib, alaq otları biçilib və ərazidə olan məişət tullantıları təmizlənib.
Kənd sakinləri müraciətlərinin tez bir zamanda həll olunduğuna görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.