Şriftin ölçüsü :

Saytın rəngi :

Kənd sakinləri səyyar qəbul–görüşdən razı qalıblar

05 fevral 2024 | 16:44

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyyələrinə uyğun olaraq mütəmadi surətdə yerlərdə Tərtər Rayon İcra Hakimyyəti başçısının səyyar qəbul- görüşləri keçirilir. Keçirilən səyyar qəbul-görüşlərdə  vətəndaşları narahat edən məsələlər yerində öyrənilir və onların rastlaşdıqları problemləri həll olunaraq, vətəndaş məmnunluğu təmin olunur.

Ötən səyyar qəbul–görüşlərdə Soyulan kənd sakin Mayıl Ələkbərov, Ağkənd kəndinin sakini Nazim Haqverdiyev və Köçərli kənd sakinləri Səyyarə Sadıqova və Vətən müharibəsi iştirakçısı  Şamxal Şamxallının işiq xətlərinin təmiri və yararsız elektrik dirəklərinin dəyişdirilməsi ilə bağlı müraciətləri həll olunub.

Mərkəzi Aran Regional Enerji Təchizatı və Satışı İdarəsi Tərtər Elektrik Şəbəkəsi tərəfindən 110/35/6 kv-luq Tərtər yarımstansiyasından çıxan2 saylı   Hacıqərvənd hava xətti ilə qidalanan 6110074 invertar saylı 160 kv-luq trasformatorun 14 kv-luq tərəfində olan qəzalı vəziyyətdə 2 ağac dayaq metal dayaqla əvəz olunub,xətlər yeni dayağa köçürülüb.

Hər üç  kənddə keçirilən səyyar qəbul-görüşdə vətəndaş məmnunluğu təmin edilib,sakinlər görülən işlərdən razı qalıblar.

Müraciət müəllifləri problemlərinin həllinə həssaslıqla yanaşıldığına görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

Keçidlər