Şriftin ölçüsü :

Saytın rəngi :

İstifadə olunmuş kağızların təkrar emal müəssisələrinə təhvil verilməsi və elektrik enerjisindən qənaətlə istifadənin təbliğ edilməsi mövzusunda rayon icra hakimyyətinin təşkilatçılığı ilə idarə,müəssisə və təşkilatlarda maarifləndirmə tədbirləri keçirilib

11 dekabr 2025 | 14:17

Tərtər Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə istifadə olunmuş kağızların təkrar emal müəssisələrinə təhvil verilməsi və elektrik enerjisindən qənaətlə istifadənin təbliğ edilməsi məqsədilə idarə,müəssisə və təşkilatlarda maarifləndirici  tədbirlər keçirilib.

Tədbirlərdə rayon icra hakimiyyəti başçısı aparatında İctimai-siyasi məsələlər şöbəsinin müdir müavini Zabil Paşayev,həmin şöbənin baş məsləhətçisi Murad Muradlı,idarə,müəssisə və təşkilat rəhbərləri iştirak ediblər.

Tədbirlərin əsas məqsədi müəssisə və təşkilat işçiləri arasında ekoloji maarifləndirməyə diqqət çəkmək, kağız israfını azaltmaq, təkrar emalı təşviq etmək yolu ilə ağacların qorunmasına, təbiətin mühafizəsinə və ekoloji balansın saxlanılmasına nail olmaq, ətraf mühitin çirkləndirilməsinin qarşısını almaq, tullantılara ikinci həyat verməkdən ibarətdir.

Keçidlər