Şriftin ölçüsü :

Saytın rəngi :

İsmayılbəyli və Evoğlu kənd sakinlərinin müraciətləri həll olunub

05 may 2025 | 17:55

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyyələrinə uyğun olaraq mütəmadi surətdə Tərtər Rayon İcra Hakimyyəti başçısı tərəfindən həm rayon icra hakimiyyətində, həm də yerlərdə vətəndaş qəbulları keçirilir. Keçirilən qəbullarda vətəndaşları narahat edən məsələlər yerində öyrənilir və onların rastlaşdıqları problemləri həll olunaraq, vətəndaş məmnunluğu təmin olunur.

Tərtər Rayon İcra Hakimiyyəti başçısının növbəti qəbulunda İsmayılbəyli və  Evoğlu kənd sakinləri müraciət edərək külək əsən zaman elektirik xətlərinə toxunan ağacların budanmasını xahiş ediblər.

Müraciət əsasında rayon icra hakimiyyəti başçısının tapşırığına uyğun olaraq Tərtər Elektrik şəbəkəsinin əməkdaşları tərəfindən elektirik xətlərinə toxunan ağaclar budanaraq ərazidən götürülmüşdür. Bunun nəticəsində küləkli havalarda elektirik enejisinin verilməsində yaranan fasilələr aradan qaldırılmışdır.

Kənd sakinləri müraciətlərinin tez bir zamanda həll olunduğuna görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirib.

Keçidlər