İşçi qrupunun üzvləri Qurban bayramı ilə əlaqədar ət kəsim məntəqəsində mövcud şəraitlə tanış olublar
19 may 2025 | 10:02
Qurban bayramı ilə əlaqədar qeyri-qanuni yerlərdə heyvan satışı və ət kəsiminin qarşısının alınması, qurbanlıq qoyun və danaların ət kəsimi məntəqəsinədə kəsilməsinə nəzarət edilməsi və digər məsələlərlə bağlı Tərtər Rayon İcra Hakimiyyəti başçısının sərəncamı ilə aidiyyəti qurumların əməkdaşlarından ibarət işçi qrupları yaradılıb.
17 may 2025-ci il tarixdə Tərtər Rayon İcra Hakimiyyətinin, Qida Təhlükəsizliyi Agentliyinin Bərdə Regional Bölməsinin əməkdaşları və işçi qrupunun üzvləri Tərtər şəhəri Cavanşir küçəsi 84 ünvanında yerləşən ət kəsim məntəqəsində mövcud şəraitlə tanış olub, sahibkara müvafiq tövsiyyə və tapşırıqlarını veriblər.