Şriftin ölçüsü :

Saytın rəngi :

İrəvanlı kənd sakinlərinin problemi öz müsbət həllini tapıb

04 aprel 2025 | 09:32

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyyələrinə uyğun olaraq mütəmadi surətdə Tərtər Rayon İcra Hakimyyəti başçısı tərəfindən həm rayon icra hakimiyyətində, həm də yerlərdə vətəndaş qəbulları keçirilir. Keçirilən qəbullarda vətəndaşları narahat edən məsələlər yerində öyrənilir və onların rastlaşdıqları problemləri həll olunaraq, vətəndaş məmnunluğu təmin olunur.

Tərtər Rayon İcra Hakimiyyəti başçısının növbəti qəbulunda İrəvanlı kənd sakinləri müraciət edərək  kəndarası avtomobil yolunun kənarlarına vətəndaşlar tərəfindən tökülən məişət tullantılarının təmizlənməsinə köməklik göstərilməsini xahiş ediblər.

Müraciət əsasında rayon icra hakimiyyəti başçısının tapşırığına uyğun olaraq İrəvanlı kənd İƏD üzrə nümayəndəlik və Mamırlı bələdiyyəsi  tərəfindən ərazidə olan məişət tullantıları  xüsusi texnikalar vasitəsi ilə təmizlənib.

Kənd sakinləri müraciətlərinin tez bir zamanda həll olunduğuna görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirib.

Keçidlər