“İnsan Hüquqları Aylığı” çərçivəsində Tərtər Peşə Məktəbində maarifləndirici tədbir keçirilib
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) tərəfindən elan olunmuş “İnsan Hüquqları Aylığı (18 may-18 iyun )” çərçivəsində Tərtər Peşə Məktəbində maarifləndirici tədbir keçirilib.
Tədbirdə rayon icra hakimiyyətinin nümayəndələri, Yeni Tərtər “qəzetinin redaktoru, məktəbin müəllim,usta və tələbələri iştirak ediblər.
Öncə Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın suverenliyi ugrunda canlarından keşmiş şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən rayon icra hakimiyyəti başçısı aparatının əməkdaşları Sonaxanım Paşazadə,Rəvan Həsənov insan hüquq və azadlıqlarının qorunmasının dövlət siyasətinin əsas istiqamətlərindən biri olduğunu bildirərək, gənclərin hüquqi biliklərinin artırılmasının vacibliyini vurğulayıblar.
Qeyd olunub ki, insan hüquqlarının müdafiəsi, vətəndaşların qanun qarşısında bərabərliyi, tolerantlıq və humanizm prinsiplərinin təbliği cəmiyyətin inkişafında mühüm rol oynayır. Tədbirdə xüsusilə gənclər arasında hüquqi maarifləndirmə işinin genişləndirilməsinin əhəmiyyəti diqqətə çatdırılıb.
Sonra məktəbin direktoru Əli Babayev,İctimai Şuranın sədri ,”Yeni Tərtər “ qəzetinin redaktoru Svetlana Bağırova,direktor müavini Esmira Hüseynzadə,karyera üzrə mütəxəsis Aqşin İsmayılov,ba. Usta Qalalı Hüseynov,psixoloq Altunə Bayramova çıxış ediblər.
Çıxışlarda şagird və tələbələrin hüquq və vəzifələri, kibertəhlükəsizlik, erkən nikah, zorakılıq halları və onların qarşısının alınması istiqamətində görülən işlər barədə məlumat verilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Sonda mövzu ətrafında fikir mübadiləsi aparılıb, aylıq çərçivəsində insan hüquqlarının qorunması sahəsində maarifləndirici tədbirlərin davam etdiriləcəyi bildirilib.






