Şriftin ölçüsü :

Saytın rəngi :

“İnsan Hüquqları Aylığı” çərçivəsində maarifləndirici tədbir keçirilib

16 iyun 2026 | 15:45

“18 may –18 iyun İnsan Hüquqları Aylığı “ çərçivəsində Tərtər Rayon İcra Hakimiyyəti və Gigiyena və Epidemiologiya Mərkəzinin birgə təşkilatçılığı ilə maarifləndirici tədbir keçirilib.

Tədbirdə rayon icra hakimiyyəti başçısı aparatının Hüquq və kadr məsələləri sektorunun məsləhətçisi Sonaxanım Paşazadə insan hüquq və azadlıqlarının qorunması, vətəndaşların sağlam yaşamaq hüququnun təmin edilməsi, Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının etibarlı müdafiəsi istiqamətində görülən işlərdən, bu sahədə qəbul olunmuş dövlət proqramlarından və vətəndaşların hüquqi biliklərinin artırılmasının əhəmiyyətindən bəhs olunub.

Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin  dizenfektorları Xumarə Həsənli və Qədir Şəmilov çıxış edərək insan hüquqlarının təmin edilməsində sağlamlığın qorunmasının mühüm rolundan, sanitariya-gigiyena qaydalarına əməl olunmasının əhəmiyyəti və bu istiqamətdə həyata keçirilən tədbirlər barədə ətraflı məlumat veriblər,əhalinin sanitariya-gigiyena sahəsində maarifləndirilməsinin vacibliyindən danışıblar.

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb, mövzu ətrafında fikir mübadiləsi aparılıb.

Keçidlər