Şriftin ölçüsü :

Saytın rəngi :

İlxıçılar kənd sakinlərinin müraciəti həll olunub

24 mart 2026 | 09:52

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyyələrinə uyğun olaraq mütəmadi surətdə Tərtər Rayon İcra Hakimyyəti başçısı tərəfindən həm rayon icra hakimiyyətində, həm də yerlərdə vətəndaş qəbulları keçirilir. Keçirilən qəbullarda vətəndaşları narahat edən məsələlər yerində öyrənilir və onların rastlaşdıqları problemləri həll olunaraq, vətəndaş məmnunluğu təmin olunur.

Tərtər Rayon İcra Hakimiyyəti başçısının qəbul görüşü zamanı İlxıçılar kənd sakinləri müraciət edərək kəndin Uzeyir Hacibəyov ,Mübariz İbrahimov küçələrinə çınqıl verilərək hamarlanmasını xahiş ediblər.

Müraciət əsasında rayon icra hakimiyyəti başçısının tapşırığına uyğun olaraq Azad Qaraqoyunli İƏD üzrə nümayəndəlik və Azad Qaraqoyunlu bələdiyyəsitərəfindən kəndin daxili yolları çınqıl tökülərək hamarlanmışdır.

İlxıçılar kənd sakinləri onlara göstərilən diqqət və qayğıya, problemlərinin həllinə həssaslıqla yanaşıldığına görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

 

Keçidlər