Şriftin ölçüsü :

Saytın rəngi :

İki İcra Hakimiyyətinin birgə sosial layihəsi

08 sentyabr 2023 | 12:06

Vətənimizin ərazi bütövlüyünün qorunması, torpaqlarımızın işğaldan azad olunması uğrunda canından keçmiş şəhid ailələrinə, həmçinin müharibə əlillərinə dövlət və cəmiyyət tərəfindən hər zaman böyük diqqət və qayğı göstərilir.

Tərtər və Naftalan İcra Hakimiyyətlərinin birgə təşəbbüsü ilə növbəti dəfə reallaşan sosial layihə çərçivəsində Tərtərdən bir qrup şəhid ailəsi və qazilər ölkəmizin sağlamlıq turizm mərkəzi sayılan Naftalan şəhərində fəaliyyət göstərən “Gold Naftalan” Müalicə və Sağlamlıq Mərkəzində müalicə alır və istirahət edirlər.

İcra başçıları Müstəqim Məmmədov və Vüqar Novruzov Müalicə Mərkəzində şəhid ailələrini və qaziləri ziyarət edib, onlara yaradılan şəraitlə tanış olub, müalicə prosesi ilə maraqlanıblar.

Çay süfrəsi ətrafında davam edən səmimi söhbət zamanı qeyd edilib ki, ölkəmizdə bütün imtiyazlı ailələr, xüsusən də torpaqlarımızın müdafiəsi uğrunda şəhid olmuş qardaşlarımızın ailələri, Qarabağ müharibəsi əlilləri və iştirakçıları, onların övladları, ailə üzvləri daim möhtərəm Prezidentimiz cənab İlham Əliyevin, Birinci vitse-prezidentimiz hörmətli Mehriban xanım Əliyevanın diqqət və qayğısı ilə əhatə olunurlar.

Şəhid ailələri və qazilər onlara göstərilən diqqət və qayğıya görə respublika prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər. Qeyd ediblər ki, bu sosial layihə də ölkə rəhbəri tərəfindən onlara göstərilən qayğının bariz nümunəsidir.

Keçidlər