İctimai təşkilatlar şəhid ailələrinə dəstək göstəririlər
Şəhid ailələri və qazilər dövlət tərəfindən hərtərəfli himayə olunurlar, bu istiqamətdə ictimai təşkilatlar da ailələrə dəstək göstərirlər.
Azərbaycan Həmkarlar İttifaqları Konfedrasiyası tərəfindən müqəddəs “Qurban bayramı” münasibəti ilə 60 şəhid ailəsinə ərzaq sovqatı göndərilib. Göndərilən bayram sovqatları Tərtər Rayon İcra Hakimiyyəti başçısı aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin əməkdaşları və İƏD üzrə nümayəndələr tərəfindən şəhid ailələrinə çatdırılıb.
Şəhid ailələrinin üzvləri respublikamızda torpaqlarımızın bütövlüyü uğrunda həlak olmuş şəhidlərin ailələrinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.