İcra başısı Vətən müharibəsi əlilərini qəbul edib
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov 3-cü qrup Vətən müharibəsi əlilləri-Beyrək Quliyevi, Arzuman Abdullayevi, Məhəbbət Niftalıyevi, Nahid Qasımovu, Elgiz Məmmədovu və Elşad Orucovu qəbul edib.
Rayon rəhbəri onların qayğıları ilə maraqlanaraq, suallarını cavablandırıb. Onların Vətən üçün, dövlət və xalq üçün dəyərli olduqlarını vurğulayaraq, şəhid ailələri və müharibə əlillərinə, veteranlarına dövlət tərəfindən göstərilən diqqət və qayğıdan danışıb. Qəbulda iştirak edən inzibati ərazi dairəsi üzrə nümayəndələrə və bələdiyyə sədrlərinə onların müraciətləri ilə bağlı tapşırıq və tövsiyyələrini verib.
Qəbulda iştirak edən Vətən müharibəsi əlilləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci-vitse prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.