Şriftin ölçüsü :

Saytın rəngi :

İcra başçısının vətəndaş qəbul-görüşlərində edilən müraciətləri nəticəsiz qalmır

15 fevral 2024 | 10:53

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyyələrinə uyğun olaraq mütəmadi surətdə Tərtər Rayon İcra Hakimyyəti başçısı tərəfindən həm rayon icra hakimiyyətində, həm də yerlərdə vətəndaş qəbulları keçirilir. Keçirilən qəbullarda vətəndaşları narahat edən məsələlər yerində öyrənilir və onların rastlaşdıqları problemləri həll olunaraq, vətəndaş məmnunluğu təmin olunur.

Tərtər rayon icra hakimiyyətində keçirilən vətəndaş qəbulunda Səhlabad kənd sakini, şəhid atası, birinci Qarabağ müharibəsi əlili Akif Lalayev fərdi yaşayış evinə gələn yararsız elektrik dirəyin və naqillərin dəyişdirilməsi ilə  bağlı icra başçısına etdiyi müraciət qısa müddətdə həll olunub.   

Tərtər rayon Elektrik şəbəkəsi  tərəfindən 2 ədəd yeni elektrik dirəyi basdırılıb və 135 metr məsafədə sip kabel çəkilib.

Şəhid ailəsi onlara göstərilən diqqət və qayğıya, problemlərinin həllinə həssaslıqla yanaşıldığına görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

Keçidlər