Şriftin ölçüsü :

Saytın rəngi :

İcra başçısının səyyar qəbul görüşü zamanı qaldırılan məsələ öz müsbət həllini tapıb

11 iyun 2025 | 11:42

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyyələrinə uyğun olaraq mütəmadi surətdə Tərtər Rayon İcra Hakimyyəti başçısı tərəfindən həm rayon icra hakimiyyətində, həm də yerlərdə vətəndaş qəbulları keçirilir. Keçirilən qəbullarda vətəndaşları narahat edən məsələlər yerində öyrənilir və onların rastlaşdıqları problemləri həll olunaraq, vətəndaş məmnunluğu təmin olunur.

Tərtər Rayon İcra Hakimiyyəti başçısının Dəmirçilər kəndində keçirilən səyyar qəbul görüşü zamanı kənd sakini İbrahim İbrahimov həyətində içməli su üçün quraşdırılmış sayğacın təmir olunmasına köməklik göstərilməsini xahiş edib.

Müraciət əsasında rayon icra hakimiyyəti başçısının göstərişi ilə Tərtər Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin əmakdaşları tərəfindən sayğaca baxış keçirilərək təmir olunub.

Kənd sakini müraciətinin tez bir zamanda həll olunduğuna görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlığını bildirib.

Keçidlər