İcra başçısının səyyar qəbul-görüşü zamanı qaldırılan məsələ öz həllini tapıb
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyyələrinə uyğun olaraq mütəmadi surətdə Tərtər Rayon İcra Hakimyyəti başçısı tərəfindən həm rayon icra hakimiyyətində, həm də yerlərdə vətəndaş qəbulları keçirilir. Keçirilən qəbullarda vətəndaşları narahat edən məsələlər yerində öyrənilir və onların rastlaşdıqları problemləri həll olunaraq, vətəndaş məmnunluğu təmin olunur.
Tərtər Rayon İcra Hakimiyyəti başçısının növbəti səyyar qəbul-görüşü zamanı Seydimli kənd sakini Əliyev Sərxan müraciət edərək yaşadığı küçədə elektirik naqillərinin hündürlüyə qaldırılmasına köməklik göstərilməsini xahiş edib.
Müraciət əsasında icra başçısının göstərişi ilə Tərtər Elektirik şəbəkəsinin əməkdaşları tərəfindən elektirik naqilləri hündürlüyə qaldırılaraq bərkidilmişdir.
Vətəndaş müraciətinin tez bir zamanda həll olunduğuna görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlığını bildirib.






