Şriftin ölçüsü :

Saytın rəngi :

İcra başçısının səyyar qəbul-görüşü zamanı edilən müraciət öz həllini tapıb

10 iyun 2026 | 12:04

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyyələrinə uyğun olaraq mütəmadi surətdə Tərtər Rayon İcra Hakimyyəti başçısı tərəfindən həm rayon icra hakimiyyətində, həm də yerlərdə vətəndaş qəbulları keçirilir. Keçirilən qəbullarda vətəndaşları narahat edən məsələlər yerində öyrənilir və onların rastlaşdıqları problemləri həll olunaraq, vətəndaş məmnunluğu təmin olunur.

Tərtər Rayon İcra Hakimiyyəti başçısının Bala Kəngərli kəndində keçirilən səyyar qəbul görüşü zamanı kənd  sakini Birinci Qarabağ müharibəsinin ikinci qrup əlili Qasımov Şükür İsgəndər oğlu müraciət edərək elektrik naqillərinə toxunan ağacların budanmasını xahiş edib.

Müraciət əsasında rayon icra hakimiyyəti başçısının göstərişi ilə Tərtər Elektrik şəbəkəsi tərəfindən elektrik naqillərinə toxunan ağacların budaqları budanmışdır.

Qarabağ əlili müraciətinin tez bir zamanda həll olunduğuna görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirib.

Keçidlər