İcra başçısının səyyar qəbul-görüşü zamanı edilən müraciət öz həllini tapıb
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyyələrinə uyğun olaraq mütəmadi surətdə Tərtər Rayon İcra Hakimyyəti başçısı tərəfindən həm rayon icra hakimiyyətində, həm də yerlərdə vətəndaş qəbulları keçirilir. Keçirilən qəbullarda vətəndaşları narahat edən məsələlər yerində öyrənilir və onların rastlaşdıqları problemləri həll olunaraq, vətəndaş məmnunluğu təmin olunur.
Tərtər Rayon İcra Hakimiyyəti başçısının Aşağı Qapanlı kəndində keçirilən səyyar qəbul görüşü zamanı Tərtər rayonunun Azad Qaraqoyunlu kənd sakini Sadıqov Vüsal Şakir oğlu müraciət edərək yüksək gərginlikli elektrik xəttinin yuxarı qaldırılmasına köməklik olunmasını xahiş edib.
Vətəndaşın müraciəti əsasında, Rayon İcra Hakimiyyəti başçısının göstərişi ilə Tərtər Elektrik Şəbəkəsinin əməkdaşları tərəfindən qeyd olunan ərazidəki elektrik dirəkləri bərkidilmiş, kabellər yuxarı qaldırılaraq müraciət müsbət həll olunmuşdur.
Kənd sakini müraciətinin tez bir zamanda həll olunduğuna görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.






