Şriftin ölçüsü :

Saytın rəngi :

İcra başçısının səyyar qəbul-görüşü zamanı edilən müraciət öz həllini tapıb

10 sentyabr 2026 | 17:22

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyyələrinə uyğun olaraq mütəmadi surətdə Tərtər Rayon İcra Hakimyyəti başçısı tərəfindən həm rayon icra hakimiyyətində, həm də yerlərdə vətəndaş qəbulları keçirilir. Keçirilən qəbullarda vətəndaşları narahat edən məsələlər yerində öyrənilir və onların rastlaşdıqları problemləri həll olunaraq, vətəndaş məmnunluğu təmin olunur.

Tərtər Rayon İcra Hakimiyyəti başçısının Qapanlı kəndində keçirilən səyyar qəbul görüşü zamanı Tərtər rayonunun Qapanlı kənd sakini Hüseynov Namiq Səfər oğlu müraciət edərək yaşadığı küçənin elektrik xətlərinin kabelləşdirilməsinə köməklik olunmasını xahiş edib.

Müraciət əsasında rayon icra hakimiyyəti başçısının göstərişi ilə Tərtər Elektrik şəbəkəsi tərəfindən vətəndaşın yaşadığı küçənin elektrik dayaqları yenilənib, naqilləri isə SİP kabellə əvəzlənərək müraciəti təmin olunmuşdur.

Kənd sakini müraciətinin tez bir zamanda həll olunduğuna görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

Keçidlər