İcra başçısının səyyar qəbul-görüşü zamanı edilən müraciət öz həllini tapıb
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyyələrinə uyğun olaraq mütəmadi surətdə Tərtər Rayon İcra Hakimyyəti başçısı tərəfindən həm rayon icra hakimiyyətində, həm də yerlərdə vətəndaş qəbulları keçirilir. Keçirilən qəbullarda vətəndaşları narahat edən məsələlər yerində öyrənilir və onların rastlaşdıqları problemləri həll olunaraq, vətəndaş məmnunluğu təmin olunur.
Tərtər Rayon İcra Hakimiyyəti başçısının Evoğlu kəndində keçirilən səyyar qəbul görüşü zamanı kənd sakin Əlizadə Məhi Səyəddin oğlu müraciət edərək kənd qəbristanlığına gedən yolun hamarlanmasını xahiş edib.
Müraciət əsasında rayon icra hakimiyyəti başçısının göstərişi ilə Evoğlu Kənd İƏD üzrə nümayəndəlik və Evoğlu bələdiyyəsi tərəfindən qəbristanlığa gedən yol xüsusi texnika vasitəsilə hamarlanmışdır.
Kənd sakini müraciətinin tez bir zamanda həll olunduğuna görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirib.






