İcra başçısının səyyar qəbul-görüşü zamanı edilən müraciət öz həllini tapıb
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyyələrinə uyğun olaraq mütəmadi surətdə Tərtər Rayon İcra Hakimyyəti başçısı tərəfindən həm rayon icra hakimiyyətində, həm də yerlərdə vətəndaş qəbulları keçirilir. Keçirilən qəbullarda vətəndaşları narahat edən məsələlər yerində öyrənilir və onların rastlaşdıqları problemləri həll olunaraq, vətəndaş məmnunluğu təmin olunur.
Tərtər Rayon İcra Hakimiyyəti başçısının Azad Qaraqoyunlu kəndində keçirilən səyyar qəbul görüşü zamanı Tərtər rayonunun Azad Qaraqoyunlu kənd sakini Həsənova Gültəkin Əli qızı müraciət edərək suvarma arxının lildən və kol-kosdan təmizlənməsinə köməklik olunmasını xahiş edib.
Müraciət əsasında rayon icra hakimiyyəti başçısının göstərişi ilə Tərtər Su Meliorasiya Sistemlərinin İstismarı idarəsi tərəfindən vətəndaşın təsərrüfatına gedən suvarma arxı lildən və kol-kosdan təmizlənərək müraciəti təmin olunmuşdur.
Kənd sakini müraciətinin tez bir zamanda həll olunduğuna görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.






