Şriftin ölçüsü :

Saytın rəngi :

İcra başçısının səyyar qəbul-görüşü zamanı edilən müraciət öz həllini tapıb

04 noyabr 2024 | 12:46

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyyələrinə uyğun olaraq mütəmadi surətdə Tərtər Rayon İcra Hakimyyəti başçısı tərəfindən həm rayon icra hakimiyyətində, həm də yerlərdə vətəndaş qəbulları keçirilir. Keçirilən qəbullarda vətəndaşları narahat edən məsələlər yerində öyrənilir və onların rastlaşdıqları problemləri həll olunaraq, vətəndaş məmnunluğu təmin olunur.

Tərtər Rayon İcra Hakimiyyəti başçısının Hacallı kəndində keçirilən səyyar qəbul görüşü zamanı Hacallı kənd sakini 3-cü dərəcəli Vətən müharibəsi əlili Sarıyev İntiqam İlham oğlu  müraciət edərək yaşadığı küçəyə şebel verilməsini xahiş etmişdir.

Müraciət əsasında rayon icra hakimiyyəti başçısının göstərişi ilə küçəyə şebel tökülərək yayılmışdır.

Vətən müharibəsi əlili müraciətinin tez bir zamanda həll olunduğuna görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirib.

Keçidlər