Şriftin ölçüsü :

Saytın rəngi :

İcra başçısının səyyar qəbul-görüşü zamanı edilən müraciət öz həllini tapıb

15 noyabr 2024 | 14:18

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyyələrinə uyğun olaraq mütəmadi surətdə Tərtər Rayon İcra Hakimyyəti başçısı tərəfindən həm rayon icra hakimiyyətində, həm də yerlərdə vətəndaş qəbulları keçirilir. Keçirilən qəbullarda vətəndaşları narahat edən məsələlər yerində öyrənilir və onların rastlaşdıqları problemləri həll olunaraq, vətəndaş məmnunluğu təmin olunur.

Tərtər Rayon İcra Hakimiyyəti başçısının Aşağı Qapanlı kəndində keçirilən səyyar qəbul görüşü zamanı kənd sakinləri müraciət edərək suvarma kanallarının təmizlənməsini xahiş ediblər.

Müraciət əsasında rayon icra hakimiyyəti başçısının göstərişi ilə Tərtərçay Hidroqovşağı İstismarı İdarəsinin maşın mexanizimləri tərəfindən qeyd olunan  suvarma kanallarında təmizlənmə işlərinə başlanılıb. Ümumilikdə suvarma kanallarının 10 km-lik məsafəsində təmizlənmə işlərinin aparılması nəzərdə tutulub.

Kənd sakinləri müraciətlərinin tez bir zamanda həll olunduğuna görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

Keçidlər