İcra başçısının səyyar qəbul-görüşü zamanı edilən müraciət öz həllini tapıb
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyyələrinə uyğun olaraq mütəmadi surətdə Tərtər Rayon İcra Hakimyyəti başçısı tərəfindən həm rayon icra hakimiyyətində, həm də yerlərdə vətəndaş qəbulları keçirilir. Keçirilən qəbullarda vətəndaşları narahat edən məsələlər yerində öyrənilir və onların rastlaşdıqları problemləri həll olunaraq, vətəndaş məmnunluğu təmin olunur.
Tərtər Rayon İcra Hakimiyyəti başçısının Sarıcalı kəndində kəndində keçirilən səyyar qəbul görüşü zamanı Tərtər rayonunun Sarıcalı kənd sakini Hüseynov Yaşa Qurban oğlu müraciət edərək evinin arxasından keçən su arxına üzərində olan yararsız novun dəyişdirilməsinə köməklik olunmasını xahiş edib.
Müraciət əsasında rayon icra hakimiyyəti başçısının göstərişi ilə Tərtər rayonunun Sarıcalı kənd İƏD üzrə nümayəndə və Buruc bələdiyyəsinin təşkilatçılığı ilə yararsız nov yenisilə əvəz olunaraq vətəndaşın müraciəti təmin olunmuşdur.
Kənd sakini müraciətinin tez bir zamanda həll olunduğuna görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.






